XİN Başçısı Pavel Knyazevi qəbul etdi .....                        Hikmət Hacıyev: “Biz bu səhifəni çevirdik, sülh və təhlükəsizliyi təmin etdik” .....                        İranın dövlət agentliyi Azərbaycandakı səfiri istefaya çağırdı .....                        Cəlilabadda məktəb direktoruna cinayət işi açıldı .....                        102-ci hərbi baza Ermənistanın suverenliyinin yeganə təminatıdır - Rusiya XİN .....                        Paytaxtda elektrik mühərrikli avtobus istifadəyə verildi .....                        Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Hikmət Hacıyev .....                        Silahlı münaqişə zamanı sərvətləri hərbçilər müdafiə edəcək .....                        TƏBRİK EDİRİK ! .....                       
Tarix : 18-09-2015, 15:57
“MƏN ƏMR VERSƏM BORCUMUZU BIR GÜNDƏ ÖDƏYƏRIK”


“Yenidən Kürdəmir rayonunda olmağımdan çox məmnunam. Birinci dəfə deyil ki, Kürdəmirə gəlmişəm. Əvvəlki səfərlərdə də bərabər olmuşuq, müxtəlif tədbirlərdə iştirak etmişik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmirə səfəri çərçivəsində sakinlərlə görüşündə deyib.

Prezident rayonun kənd təsərrüfatı sahəsindən də danışıb:

“Dünyada əhali artır, amma torpaq sahələri arta bilmir. Ona görə, hər bir ölkə məşğul olmalıdır. Biz xaricdən niyə ərzaq məhsulları almalıyıq?! Biz özümüz istehsal etməliyik, özümüz xaricə satmalıyıq. İndi bəzi məhsullar

üzrə buna nail olmuşuq, amma hələ ki, idxaldan asılılığımız var. Fermerlər, kəndlilər üçün şərait yaradılır ki, onlar həm dolansınlar, pul qazansınlar, həm də bizim əhalimizi keyfiyyətli yerli məhsullarla təmin etsinlər.

Əgər infrastruktur layihələri olmasa bunu etmək mümkün deyil. Yol olmasa indi biznes necə inkişaf edə bilər?! Qaz, elektrik, su, suvarma olmasa kənd təsərrüfatı necə inkişaf edə bilər?!

Ona görə bu məsələlərə kompleks şəkildə yanaşanda nəticələr də əldə olunur”.

Dövlət başçısı Azərbaycanın maliyyə vəziyyəti haqda fikirlərini bölüşüb:

“İndi üçüncü proqram icra edilir, 2018-ci ildə başa çatacaq. Düzdür, indi müəyyən mənada bizim gəlirlərimiz azalır. Özünüz yaxşı bilirsiniz ki, neftin qiyməti düşüb, bu da təbiidir. Ancaq buna baxmayaraq, ölkə iqtisadiyyatının inkişafı, sosial məsələlərin həlli ilə bağlı bütün layihələr icra edilir və gələn ilin büdcəsində də kənd təsərrüfatının inkişafına, sosial məsələlərin həllinə kifayət qədər vəsait ayrılacaq. Bizim maliyyə vəziyyətimiz sabitdir. Öz gücümüzə güvənirik, arxalanırıq. Xarici borcumuz da çox aşağı səviyyədədir. Biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki, kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik. İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin.

Bəzi ölkələrin xarici borcu ümumi daxili məhsuldan çoxdur. Yəni, onlar borc içində yaşayırlar və borcun üstünə borc gəlir. Nəticə etibarilə xalq əziyyət çəkəcək. Nə vaxtsa, necə deyərlər, bu piramida çökəcək. Amma əgər mən əmr versəm biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Budur bizim reallıqlarımız. Bizdə güclü iqtisadiyyat, güclü siyasi iradə, xalq-iqtidar birliyi və bu yol kimi konkret işlər, nəticələr var. Uşaq bağçasının açılışında olmuşam, kənd məktəbinin açılışında iştirak edəcəyəm. Diyarşünaslıq Muzeyi təmir olunubdur. Gözəl Bayraq Meydanı tikilibdir. Yəni, bir il ərzində yeni rəhbərlik bu işlərlə məşğul olur. Əlbəttə, siz də iştirak edirsiniz, öz dəstəyinizi verirsiniz ki, ölkəmiz daha da güclü olsun, heç kimdən asılı olmasın və Azərbaycanın taleyi əbədi olaraq Azərbaycan xalqının əlində olsun. Sizi bir daha təbrik edirəm”.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!