Sulu qar, qar yağır .....                        Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO .....                        Tehranda heç bir səfirlik bağlanmayıb - İran XİN .....                        Karapetyan ev dustaqlığına köçürüldü .....                        Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi .....                        Avtomobil və motosiklet oğurlayan şəxslər saxlanıldılar .....                        Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini iflic etdi .....                        Sabunçuda 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı .....                        İraqın XİN başçısı İrana getdi .....                       
Tarix : 11-04-2016, 13:18
Erməni nazir azərbaycanlıların üzərinə xüsusi təyinatlılar göndərdi


Rəsmi İrəvanın yürütdüyü işğalçı siyasətin ifşa edilməsi istiqamətində görülən işlər çərçivəsində Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.

Butov.az Publika.az-a istinadən xəbər verir ki, sözügedən aksiyada Kiyevlə yanaşı, Ukraynanın əksər böyük şəhərlərində yaşayan Azərbaycan diasporunun üzvləri də iştirak ediblər.

Bununla yanaşı, sözügedən tədbirə Ukraynada təhsil alan türkiyəli tələbələr və Krım tatarları qatılıblar.

Ermənistan səfirliyinin qarşısında keçirilən aksiya Ukrayna kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

Əllərində Ermənistanın işğalçı siyasətini ifşa edən plakatlar tutmuş aksiya iştirakçıları “erməni əsgəri, ölmək istəmirsənsə, Qarabağdan rədd ol”, “Qarabağ bizimdir, bizim olacaq”, “işğalçılığa son” və digər şüarlar səsləndiriblər.

Daha sonra səsgücləndirici vasitəsilə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyevə, UAK-ın Dnepropetrovsk şəhər təşkilatının sədri Qurban Abbasov, “İşıq” dini cəmiyyətinin sədri Əbülfəz Qasımov çıxışlar ediblər.

Sözügedən şəxslər çıxışlarında Ermənistanın işğalçı siyasətini sərt şəkildə tənqid ediblər.

Bununla yanaşı, rəsmi İrəvandan Ermənistan qoşunlarının qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, qaçqın və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qaytarılması tələb edilib.

Sadalananlarla yanaşı, sözügedən şəxslər etiraz aksiyasını işıqlandıran Ukrayna KİV-lərinə müsahibələr veriblər. Müsahibələrin əsas məğzini Ermənistanın dövlət terroru siyasəti yeritməsi və torpaqlarımızın işğalı mövzuları təşkil edib.

Ermənistan səfirliyinin mühafizəsinin gücləndirilməsi məqsədilə sözügedən əraziyə Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) 15 avtobusdan ibarət xüsusi təyinatlıları qrup şəklində cəlb olunublar.

Aksiyanın əvvəlində özünü Ukrayna Təhlükəsizlik Xidmətinin milli azlıqlarla iş üzrə şöbəsinin rəisi kimi təqdim edən şəxs İ.Allahverdiyevaya yaxınlaşaraq ondan təxribat xarakterli hərəkətlərin yol verilməsinə imkan yaratmamağı xahiş edib. Bunun ardınca barəsində bəhs edilən şəxs məhz Ukrayna daxili işlər naziri Arsen Avakovun göstərişi əsasında Ermənistan səfirliyinin mühafizəsinə Ukrayna DİN-in xüsusi təyinatlılarının cəlb olunduğunu bildirib.

Dörd yüz nəfərin iştirak etdiyi etiraz aksiyası zamanı heç bir münaqişə baş verməyib.

Aksiyası saat 11:00-da başlayaraq 12:20 radələrində başa çatıb. Onu da bildirək ki, Ermənistan səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında “Əhli-Beyt” təşkilatının sədri Əhməd Sabunçu, “Əhlül-Əl-Beyt” təşkilatının sədri Elçin Məmmədov və onların tərəfdarları da iştirak ediblər.

Ə.Sabunçu aksiyadakı çıxışı zamanı rəsmi İrəvandan qeyd-şərtsiz Azərbaycan torpaqlarını azad etməyi tələb edərək, xalqımızın heç zaman işğal faktı ilə razılaşmayacağını bildirib.

Ermənistan səfirliyinin qarşısında keçirilən aksiya başa çatdıqdan sonra, radikal şiə tərəfdarları diplomatik missiyaya yaxın ərazidə toplaşaraq, uca səslə dini şüarlar səsləndiriblər.

Qeyd edək ki, Ermənistanın Ukraynadakı səfirliyinin binası Kiyev şəhərinin mərkəzi hissəsində yerləşməsi ilə əlaqədar sözügedən ərazidə daim insan sıxlığı müşahidə olunur. Belə ki, səfirliyin qarşısında keçirilən etiraz aksiyası Kiyev şəhərinin sakinlərinin kifayət qədər marağını cəlb edib. Aksiya iştirakçılarına yaxınlaşan Ukrayna vətəndaşları yekdilliklə Ermənistanın ünvanına sərt ifadələr işlədərək, rəsmi İrəvanı “Rusiyanın marionetkası” adlandırıblar.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!