İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 1-06-2016, 12:45
`Azərbaycan həlledici rol oynamaqda davam edir` - Obama



Azərbaycan dünya enerji resurslarının tədarüklərində həlledici rol oynamaqda davam edir.


Bu barədə ABŞ Prezidenti Barak Obamanın 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 sərgisinin və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 konfransının iştirakçılarına göndərdiyi məktubda deyilir.

Sərginin açılışında oxunan məktubda deyilir ki, son 20 il Azərbaycan üçün həm siyasi, həm də iqtisadi sahələrdə transformasiya dövrü idi və bütün bu müddət ərzində ABŞ enerji sahəsində Azərbaycan hökuməti ilə çox sıx işləyirdi.

Məktubda qeyd edilir: "Azərbaycan enerji resurslarının tədarükü proseslərində həlledici rol oynamaqda davam edir və bizim regional şaxələndirilmənin, bazar rəqabətinin və enerji təhlükəsizliyinin artırılması üzrə ümumi məqsədlərə nail olmağımızda etibarlı tərəfdaşıdır".

Məktubda bildirilir ki, indiki şəraitdə enerji daşıyıcılarının tədarüklərinin şaxələndirilməsi heç vaxt olmadığı qədər vacibdir: "Azərbaycan və onun tərəfdaşları ötən il ərzində "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində əhəmiyyətli irəliləyişə nail olublar. Azərbaycan və onun beynəlxalq tərəfdaşları arasında gələcək əməkdaşlıq bu əhəmiyyətli layihənin rəqabət qabiliyyətini təmin edəcək".

Məktubda həmçinin qeyd olunur ki, ABŞ layihənin həyata keçirilməsində kömək göstərməyə hazırdır.


AzVision.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!