Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 12-05-2016, 16:58
Natiq Əliyev: Neftin qiyməti 50 dollar həcmində qərarlaşacaq



BP şirkətinin baş iqtisadçısı Spenser Deyl şirkətin “Enerji perspektivlərinə baxış” hesabatının 2016-cı il buraxılışını təqdim etmək məqsədilə energetika naziri Natiq Əliyevlə görüşüb.

Butov.az xəbər verir ki, Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat uzunmüddətli enerji tendensiyalarına nəzər salaraq, dünyadakı enerji bazarları üçün növbəti iyirmi ili əhatə edən proqnozlar verir.

Görüşdə enerji sektorundakı gələcək ehtiyaclar, tendensiyalar və qlobal enerji bazarı ilə bağlı son vəziyyət müzakirə edilib. Bildirilib ki, getdikcə xam neftə tələbatın artması və Amerikada şist neft hasilatında azalma ilə əlaqədar neft bazarında artıq tarazlığın yarandığı müşahidə edilir. Neft bazarının tənzimlənməsi ilin sonuna kimi başa çatacaq.

Doha görüşünün nəticəsiz başa çatmasına rəğmən vəziyyətin qismən sabitləşməsinə təsir etdiyini vurğulayan BP-nin baş iqtisadçısı neftin qiymətində növbəti 3-5 il ərzində artım proqnozlaşdırıldığını deyib.

O, hesab edir ki, 2014-cü illə müqayisədə neft sahəsinə yatırılan investisiyalarda 35% azalma gələcəkdə bazara çıxarılacaq neftin həcminə də təsir göstərəcək. Bu isə neftin qiymətinin artmasını təmin edəcək. 10-15-20 illik müddətdə xam neftə tələbatın, eləcə də neftin qiymətinin yüksələcəyi gözlənilir.

Enerji bazarında əhəmiyyətli mövqeyə malik Səudiyyə Ərəbistanında iqtisadiyyatın transformasiyası proseslərinin də neftin qiymətinə mümkün təsirləri xüsusi qeyd edilib.

N. Əliyev neft hasilatını artırmaq iqtidarında olan ölkələrin Səudiyyə Ərəbistanı, İran və Liviya ilə məhdudlaşdığını deyərək bildirib ki, aşağı qiymətlərlə istehsal bu ölkələr üçün də müəyyən müddətdən sonra arzulanan olmayacaq.

“Bununla belə, çox güman ki, neftin bir barelinin qiyməti təxminən 50 dollar həcmində qərarlaşacaq. Qiymətin əvvəlki kimi 100 dollara çatmasını yaxın gələcəkdə gözləmək mümkün deyil”, - deyə N.Əliyev bildirib.

BP-nin proqnozlarına görə, qaz bazarında vəziyyət 20 il ərzində tələbatın və qiymətin artması ilə müşayiət olunacaq. Dünyanın bir çox ölkələrinin daş kömürü qazla əvəzləməyə çalışması və Avropada qaz hasilatının azalması onun qaz idxalından asılılığının 75%-ə çatacağını şərtləndirir.

Bundan başqa, maye qaz ehtiyatının artması və bunun üçün də ən böyük bazarın Avropa olması, eləcə də ABŞ-ın maye qaz bazarında əsas həlledici oyunçulardan birinə çevrilməsinin yaradacağı perspektivlər də müzakirə edilib.

Nazir bildirib ki, Avropada təbii qaz istehlakının 500 milyard kubmetrə qədər artacağı və bu göstəriciyə 2030-cu ildə daha 300 milyard kubmetrin əlavə ediləcəyi ilə bağlı gözləntilərin əksinə olaraq hazırda istehlak zəifləyib. Qaza olan tələbatın daş kömür, alternativ enerji və nüvə enerjisi ilə təmin olunması tendensiyası gələcəkdə qazın qiymətinə təsir göstərəcək amillərdəndir.

O, inkişaf etmiş ölkələrin maşınqayırma sənayesində tədricən elektrik enerjisindən istifadəyə üstünlük verilməsinin də yaxın gələcəkdə enerji balansında dəyişikliklərə səbəb olacağını istisna etməyib.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!