20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 27-10-2016, 15:14
Türkiyə Atatürkdən Ərdoğana qədər  (29 oktyabr-Türkiyə Cümhuriyyətin elanı gününə)


Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr ( 29 Ekim) 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi, Qazi Mustafa Kamal Paşa Atatürk Cümhurbaşkanı seçildi. Ulu öndər Atatürk qurucusu olduğu Cümhuriyyətin onuncu il şənliyindəki məşhur nitqində bu günü türk xalqının ən əziz, ən böyük milli bayramı olaraq dəyərləndirmişdi. Müasir Türkiyə-Atatürk (1881, Selanik – 10 noyabr 1938) öndərliyində türk xalqının qəhrəmanlığının şah əsəridir. Osmanlı Dövləti 4 il sürən Birinci Dünya savaşında dünya gücləri tərəfindən tamamilə işğal, pay-püş edilmiş və bu acı məğlubiyyət Sevr Andlaşması ilə rəsmiləşdirilmiş, möhtəşəm bir imperiya acınacaqlı duruma düşmüşdü. Sultan hokuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə ölüm cəzasından qaçıb özünü milləti uğrunda ölümün içinə atmışdı. "Mən milli istəyimizin qarantiyası üçün tək yolun savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, bütün qaynaqlarımızı, bütün varlığımzı Orduya verəcəyik. Gücümüzü dünyaya tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq, deyirəm...Cağdaş bir cumhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, öz haqqını almaq deməkdir".
Türkiyə Atatürkdən Ərdoğana qədər  (29 oktyabr-Türkiyə Cümhuriyyətin elanı gününə)

O bu düşüncənin sahibi idi. 19 may 1919-cu ildə bir neçə zabit dostu ilə kiçik bir gəmidə Samsuna gələn Mustafa Kamal görüşdüyü insanlara soyuqqanlı sakitliklə, qətiyyətli inamla demişdi: “Gəldikləri kimi də gedəcəklər...Tək bir egemenlik var, o da milli egemenlikdir. Ölkəni, yenə ulusun öz gücü qurtaracaqdır". Yurdun hər tərəfindən gələn xalq təmsilçiləri Uca Yaradanın lütfü ilə Ulu Türk Ruhunun bətnindən doğulan Mustafa Kamal Paşanın çağırışı ilə 23 aprel 1920-ci ildə Ankarada Böyük Millət Məclisinə toplandı, “Meclis Başkanı” seçilən Mustafa Kamal öndərliyində Türk Kurtuluş Savaşının başlandığı elan edildi. Tək Çanaqqala Zəfəri Türk və Müttəfiq Dövlətlərin ordusunun yarıyarıya olmaqla 500 mindən çox əsgərinin qanı bahasına başa gəldi. Həmin savaşda Komandan Mustafa Kamal hücuma keçən əsgərlərinə bu əmri vermişdi: “ Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm.” Dünya ölüm-dirim savaşına qalxan Türk qəhrəmanlığı qarşısında aciz qaldığını anladı, gördü. 24 iyul 1923-cü ildə İsveçrənin Lozan şəhərində Türkiyə Böyük Millət Məclisi təmsilçiləri ilə İngiltərə, Fransa, İtaliya, Yaponya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Portuqaliya, Belçika, SSCB və Yuqoslaviya təmsilçiləri “Lozan Barış Antlaşması” imzalandı, Türk millətinə təhqir olan “Sevr Antlaşması” qüvvədən düşdü.
Türkiyə Atatürkdən Ərdoğana qədər  (29 oktyabr-Türkiyə Cümhuriyyətin elanı gününə)

Mustafa Kamal Atatürk Osmanlı Ordusunda zabit olmuş, Balkanlardan Afrikaya qədər ən ağır savaşların önündə getmiş, 23 avqust-13 sentyabr 1921-ci il Sakarya Meydan Müharibəsindəki şəxsi şücaəti, komandanlıq məharətindən sonra Qazi adı almış və marşallığa yüksəlmişdi. Cümhuriyyət Xalq Partiyasını qurmuş və ilk Başkanı olmuşdur. 1938-ci ildə vəfatına qədər 4 dəfə ardıcıl Cümhurbaşkanı olmuşdu.

Türkiyənin Ərdoğan Başqanlığında 12 ili statistik rəqəmlərdə

Rəcəb Tayyib Ərdoğanın Baş nazirliyi dövründə Türkiyə Böyük 20-liyə daxil olub, dünyanın iqtisadiyyatına görə inkişaf etmiş 18-ci, Avropanın 7-ci ölkəsi, Ümumi daxili məhsul - ÜDM-in artım sürətinə görə 20-liyin 1-cisi olub.

2002-ci ildə adambaşına ÜDM 3.492 ABŞ dolları idi, hazırda 10 min dolları ötüb. 2016-18-ci illərdə Türkiyə ekonomisinin daha 5 faiz böyüməsi proqnozları reallığa çevrilir. 2002-ci ildəki xarici ticarət həcmi 88 milyard dollardan 351 milyard dollara, ixracat 3 dəfə artaraq 150 milyard dollara qalxıb. Son 10 ildə Türkiyəyə 165 milyard dollar xarici sərmayə qoyulub. Hazırda ölkədə 32 min xarici sərmayəçinin şirkəti fəaliyyətdədir, 916 dünya kompaniyasının Türkiyədə nümayəndəliyi mövcuddur. Türkiyə ildə ortalama 180 ölkə ilə 390 milyard dollar dəyərində ixrac-idxal aparır. Özəl sektorun yatırımı 10 il əvvəlki 74 milyard dollardan 300 milyarda qalxıb. 2002-ci ildə Mərkəzi Bankdakı dövlətin ehtiyat pulunun məbləği 27 milyard dollar idi, hazırda 111 milyarddır. Xarici borc 2002-ci ildə 23,5 milyard dollar idi, ötən ildən Türkiyə xarici borcunu

“sıfırlayıb”. İMF-ə borcunu tamam qapadan tək-tük ölkələrdən biridir. 2009-cu ilin dünya krizindən ən yaxşı vəziyyətdə çıxan, həm də ümumdaxili məhsulun həcmini yüksəltməyə nail olan 3 ölkədən biri Türkiyə olub. 2002-ci illə müqayisədə əhaliyə avtomobil satışının sayı 7 dəfə artıb. Dünyanın 10-cu turizm ölkəsi olan Türkiyədə xarici turist sayı 2002-ci ildəki 13 milyondan nəfərdən ötən il 36 milyona, turizm gəliri 8,5 milyarddan 31 milyarda qalxıb. Türk iş adamları 107 ölkədə 322,6 milyard dollara çatan 9 minədək layihə həyata keçirib, bu sırada Çinin ardından dünyada 2-ci sırada yer alıb. 2004-cü ildə 11 türk firmasının yer aldığı “Dünyanın En Büyük 250 Uluslararası Müteahhidi” sırasında hazırda 42 türk firması yer alıb. Beynəlxalq Valyuta Fondu Türkiyədən borç para almaq üçün rəsmən xahiş edib, digər beynəlxalq maliyyə təşkilatları, xarici ölkələrin də belə müraciətləri olub.Türkiyə borc verən rolundadır indi.

Bir maraqlı məqam daha; Çanakkalala Şəhidlik muzeyinə 10 il əvvəl gələn ziyarətçi sayında ən yuxarı rəqəm 200 min idi, ötən il 2 milyon oldu.

Türkiyə Cümhuriyyəti Quruluşunun 2023-cü ildə qeyd ediləcək 100 illiyində hədəf ixracatı 500 milyarda, toplam ticarət, idxal-ixrac həcmini isə 1 trilyon dollara çıxarmaq, dünyanın 10-cu ekonomi gücü olmaqdır. Son 14 ildə hər il müntəzəm dövlət sektorunda çalışan bütün vətəndaşların, eləcə də bütün növ təqaüd və sığortaların məbləği artırılıb. (qaynaq: TÜİK, http://www.mfa.gov.tr/turk-ekonomisindeki-son-gelismeler.tr.mfa )

Türkiyə bu illərdə onlarla ölkədaxili, region və uluslararası projeni gerçəkləşdirib, 150 illik Mərmərə Layihəsi röyasını həyata keçirib; yerin 60 metrlik dərinliyində dünyanın ən dərin sualtı tuneli ilə Şərqi Asiya ilə Qərbi Avropa birləşib, Pekindən Londona birbaşa dəmiryol xətti-Modern İpək Dəmiryolunun açılışına yaşıl işıq yandırılıb. 82 vilayətin hamısında Universitet açılıb, dəniz, hava, quru yol, enerji infrastrukturunda, hərbi və mülki texnika və texnologiyalar istehsalında toplam Cümhuriyyət dövründə olduğundan artıq işlər görülüb.
Türkiyə Atatürkdən Ərdoğana qədər  (29 oktyabr-Türkiyə Cümhuriyyətin elanı gününə)

Türkiyə 12 ildir ki, dünya siyasətinin əks qütblərinin ortasında dayanan, ziddiyyət və əksliklərin baş-başa gəldiyi məkanda məğrurluğunu qoruyub saxlamağı bacaran, böyük güclərin planladığı siyasi-hərbi tuzakların içindən çıxmağı bacaran, dünya siyasətinə haqq, ədalət, siyasi əxlaq nümunəsini gətirən söz sahibi dövlətə çevrilib.

Bu başarılar son 12 ildə bütün seçim və refendumlardan qalib çıxıb təkbaşına hökumət quran AK Parti iqtidarı ilə birlikdə Türkiyə və dünyanın ən reytinqli sorğularında dünya siyasətinə təsir edən etkili siyasilərin ön sırasında yer alan Ərdoğanın adına yazılan uğurlardır.

Türkiyə tarixində ilk dəfə olaraq xalqın səsverməsi ilə keçirilən Prezident seçkisində Rəcəb Tayyip Erdoğan Türkiyə Cümhuriyyətinin xalqın səsi ilə seçilən ilk Cumhurbaşkanı oldu.

Nəinki Türkiyə, həm də sivil dünya tarixində həbsdən çıxıb qurduğu partiyanı cəmi bir ilə təkbaşına iqtidara gətirən, son 12 ildə keçirilən bütün seçkilərdə sandıqdan 1-ci yerdə çıxan tək partiya AK Partidir. Bu, gənc yaşlarından liderlik yetənəklərinə, milli görüşlü dəliqanlı olduğuna görə tay-tuşları arasında “rəis” ləqəbilə çağırılan Ərdoğanın adına yazılan uğurlardır. Şübhə yox ki, bundan sonrakı şəxsi və siyasi taleyindən asılı olmayaraq, Rəcəb Tayyib Ərdoğan adını Türkiyə tarixinə əbədi yazmış dövlət, siyasət adamı olaraq qalacaqdır.

17 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınması və Ərdoğanın çağırışı ilə İstanbulun Topkapı meydanındakı milyonların mitinqi türk xalqının demokratiyaya, azadlığa, milli qürura, vətənə, Anadolu yurduna sahibliyinin, sadiqliyinin və Ərdoğan sevgisinin təcəssümü oldu.

Mənim 2011-ci ildə şəxsinə məxsusi kitab həsr etdiyim, şəxsi və ailə üzvlərilə Bakıda, Ankarada görüşüb həmsöhbət olduğum Türkiyə Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan Ulu Yaradanı, Türkiyə və Azərbaycanı cani-könüldən sevən insan, Türkiyədə Atatürkdən sonra ən böyük xalq sevgisi qazanmış, böyük uğurlara imza atmış siyasi lider olaraq qəlbimdə özünə əbədi yer tutub.

Cümhuriyyət bayramın mübarək, zəfərlər həmişə səninlə olsun, Türkiyə!
Hacı Nərimanoğlu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun
Ölkədaxili layihələr sektorunun müdiri, “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!