Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 13-03-2017, 19:21
Ombudsman 4 saylı cəzaçəkmə müəssisəsində məhkumlarla görüşüb

İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində məhkumların, o cümlədən qadın məhkumların hüquqlarının müdafiəsi mühüm yer tutur. Bu məqsədlə penitensiar müəssisələrə müntəzəm olaraq baxışlar, saxlanılan şəxslərlə görüşlər keçirilir.
Butov.az xəbər verir ki, Ombudsman Aparatının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ombudsman Elmira Süleymanova Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti dəfə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində (CÇM) olub və açıq qapı keçirərək məhkum qadınları qəbul edib.
Qəbulda məqsəd saxlanılma şəraitinin və rəftarın, bu cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi, müraciətlərinin yerində qəbulu və araşdırılması olub.
Ombudsman tərəfindən həmin müəssisədə çoxsaylı məhkum qadın fərdi qaydada dinlənilib, ərizə və müraciətlərinə baxılmış və bəziləri yerində təmin edilib. Bunlarla yanaşı, məhkumların müraciətlərində yer alan istintaq, ekstradisiya, cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri üzrə məsələlər qanunvericiliyə uyğun şəkildə cavablandırılıb, onlara hüquqları, əfvlə bağlı müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib.
Qəbul zamanı sosial və ailə məsələlərinin həlli ilə bağlı müraciətlər üzrə qadınlara hüquqi məsləhətlər verilib və Müvəkkil səlahiyyətləri çərçivəsində ərizələr üzrə, habelə qaldırılan məsələlərin həlli istiqamətində yardımçı olacağını bildirib.
Söhbət aparılan məhkum qadınlar müəssisədə saxlanma şəraitindən, onlara qarşı rəftardan, verilən qidanın keyfiyyətindən və göstərilən tibbi xidmətdən narazılıq etməyiblər.
Ombudsman dövlətimizin humanizm siyasətinə uyğun olaraq mütəmadi olaraq əfv sərəncamlarının verildiyini, amnistiya aktlarının qəbul olunduğunu söyləyib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamının əhəmiyyətini vurğulamaqla, cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində görülən işlərlə bağlı geniş məlumatlandırma işi aparıb.
Məhkum qadınlar onların hüquqlarını diqqətdə saxladığına və onların vəziyyəti ilə maraqlandığına görə Müvəkkilə minnətdarlıqlarını bildiriblər.
Yekunda Müvəkkil məhkumların hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə müvafiq söhbətlər aparıb və öz tövsiyələrini verib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!