Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 15-03-2017, 12:21
XİN-dən müsəlman ölkələrinə Qarabağ çağırışı

“İşğal edilmiş ərazilərimizdə Ermənistan tərəfindən qeyri-qanuni iqtisadi fəaliyyətin və məskunlaşdırma siyasətinin aparılmasının, yerli resursları talamaqla istehsal edilən malların xarici bazarlara çıxarılmasının qarşısını alan addımlar atılmalıdır”.

Butov.az-ın AzVision.az-a istinadən məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün “İslam həmrəyliyi -zamanın çağırışı” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Hazırda işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyət və məskunlaşma siyasəti yürüdür, yerli məhsulları qondarma brendlər altında xarici ölkələrə çıxarmağa çalışırlar. Bunların qarşısının alınmasında İslam Əməkdaşlıq Təşkilatının dəstəyinə güvənirik. İƏT ölkələri KİV-inin bu məsələri işıqlandırmaq istiqamətində fəaliyyətlərini gücləndirməsini xahiş edirik. Azərbaycan bir sıra müsəlman ölkəsində olan müharibə və münaqişələri yaxşı anlayır. Bunların həll olunması üçün səylərin birləşdirilməsi və qarşılıqlı dəstək mexanizminin yaradılmasını zəruri hesab edirik”.

"Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı Azərbaycanın taleyüklü məsələsidir" deyən Xələf Xələfov bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tələb edir: “Bu kimi məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında İslam həmrəyliyinin böyük əhəmiyyəti var. Bu mənada İslam Əməkdaşlıq Təşkilatının rolunu və işğalla bağlı kontakt qrupunun yaradılmasını yüksək qiymətləndirir, İƏT-ə bu məsələyə siyasi və hüquqi qiymət verməsinə görə təşəkkür edir, digər İslam ölkələrini də bu sahədə həmrəylik nümayiş etdirməyə çağırırıq”.

Nazir müavini İƏT ölkələrinin Dağlıq Qarabağdan olan şəxslərin girişini qadağan etməsi istiqamətində də addımlar atdığını əlavə edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!