Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO .....                        Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi .....                        Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski .....                        16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur .....                        Məşhur diktor vəfat etdi .....                        Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb .....                        Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır .....                        Kiberpolis haker şəbəkəsini ifşa etdi .....                        Məşhur fəvvarəyə giriş pullu oldu .....                       
Tarix : 31-01-2017, 20:15
Türkiyənin nazir müavini: “İslam Həmrəyliyi İli” dünyada sülhün qorunmasına xidmət edən təşəbbüsdür

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsi təkcə qardaş Türkiyədə deyil, bütün müsəlman ölkələrində böyük rəğbətlə qarşılandı. Bu, dünyada sülhün qorunmasına xidmət edən nəcib və vacib təşəbbüsdür.

Butov.az xəbər verir ki,Türkiyənin daxili işlər nazirinin müavini Səbahəddin Öztürk AZƏRTAC-a müsahibəsində “İslam Həmrəyliyi İli” barədə fikirlərini bölüşərkən belə deyib. O qeyd edib ki, İslam bütün nəcib dəyərləri özündə cəmləşdirən dindir. Təəssüf ki, bəzi dairələrdə İslam dini haqqında məqsədli şəkildə yanlış təsəvvür yaratmağa çalışırlar. Bu yanlışlıqları aradan qaldırmaq üçün İslam aləminin həmrəyliyinə böyük ehtiyac var. Azərbaycan Prezidentinin 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan olunması barədə qərarı hər bir müsəlman üçün önəm daşıyan məsələdir.

Ölkələrimiz arasında əlaqələrə toxunan nazir müavini qeyd edib ki, Azərbaycan–Türkiyə münasibətləri qarşılıqlı olaraq dostluğa, qardaşlığa, səmərəli əməkdaşlığa, inkişafa, tərəqqiyə bir nümunədir. Bu gün İslam dünyasının həmrəyliyə, mövcud təhlükələri dəf etmək üçün birliyə, uzaq hədəflər naminə əməkdaşlığa ehtiyacı var. Belə bir şəraitdə Prezident İlham Əliyevin təşəbbüsü tarixi əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycan bu təşəbbüsə müştərək yanaşma ortaya qoymaqla böyük nailiyyətlərə qapı açacaqlar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!