Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
Tarix : 30-04-2017, 10:50
Bakı İrəvana daha bir şans verdi

Azərbaycan Qarabağ probleminin dinc yolla həlli üçün Ermənistana daha bir şans verdi.

Butov.az xəbər verir ki, bu sözləri Axar.az-a millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkilinin qənaətinə görə, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin 28 apreldə Moskvada baş tutan saat yarımlıq görüşündə bir çox ciddi məsələlərə toxunulub:

“Əslində, bu gün problemin həlli Azərbaycandan çox Ermənistndan asılıdır. Qonşu dövlətin torpaqlarının bir hissəsini işğal etməsi, Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olması, iqtisadi böhranın və emmiqrasiyanın dərinləşməsi Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoyur. Bunu artıq Ermənistan cəmiyyəti də dərk edir. Ötən parlament seçkilərində erməni müxalifət birmənalı şəkildə alternativ yolu Azərbaycan torpaqlarının qaytarılmasında gördü. Azərbaycan hazırda torpaqlarını işğaldan azad etmək üçün bütün variantları nəzərdən keçirir. Hərb yolu isə hər zaman gündəlikdədir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Rusiyadan aldığı döyüş texnikasınının bir hissəsini ictimaiyyətə nümayiş etdirməsi əslində Ermənistana xəbərdarlıq idi:

“İrəvan təxribatlara davam etsə, əks həmləyə məruz qala, aprel hadisələri bu dəfə Ermənistan üçün daha ağır formada təkrarlana bilər. Ona görə də Azərbaycan Ermənistana problemin dinc yolu ilə həlli üçün daha bir şans verdi. Artıq Ermənistan qərarını verməlidir. Azərbaycanın problemin həlli ilə bağlı kifayət qədər variantı var və onlardan istifadə suveren hüququmuzdur”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!