İmişlidə 2 avtomobil toqquşub - 4 yaralı var .....                        Neftçalada qəza - 15 yaşlı yeniyetmə öldü .....                        Xocalı faciəsinin siması İlham Quliyev vəfat etdi .....                        ABŞ Azərbaycan qazı üçün dəhliz hazırlayır .....                        Ukrayna münaqişəsi ilə bağlı mühüm danışıqlar başa çatıb .....                        İran sualtı gəmilərini işə saldı .....                        Qrenlandiya ilə bağlı əmr: Döyüşə hazır olun! .....                        Ermənistana gələnlər gedənlərdən çox olub - 35 ildə ilk .....                        ABŞ bazalarına ölümcül zərbələr endirəcəyik - SEPAH generalı .....                       
Tarix : 29-09-2015, 10:53
Azərbaycan və Ermənistan QHT-lərinin yeni əməkdaşlıq formatı yaranır?


Butov.az Moderin.az-a istinadən bildrir ki, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti institutları Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv rol oynamalıdırlar. Bunu dailykarabakh saytına müsahibəsindəAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

A.Quliyev bildirib ki,Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təkcə dövlət və hökumət qurumları, siyasi institutların fəaliyyəti yetərli deyil: “Bu elə bir problemdir ki, burada mütləq şəkildə ictimai təpki və ictimai münasibət olmalıdır. Ancaq bu necə olmalıdır? Bu sual çox önəmlidir. Bu gün vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılmasında nə rolu ola bilər? Məntiqi sualdır. Əgər Ermənistanda olan QHT-lər doğrudan da bu problemin həllinə səmimi töhfə vermək istəyirlərsə, doğrudanda bu gün Ermənistanın işğalçı hakimiyyətinin basqısından, təzyiqindən qorxmayaraq bu problemin həllinə köməklik göstərmək istəyirlərsə, onda onlar həqiqəti deməkdən çəkinməməlidirlər. Həqiqət isə birdir: onlar Ermənistan hakimiyyətini işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa, etnik təmizləmə siyasətini dayandırmağa, məcburi köçkünlərin öz evlərinə qayıtmasına şərait yaratmağa çağırmalı və bunun davamlı sülhün və dinc yanaşı yaşamanın tək yolu yolu olduğunu uca səslə deməlidirlər. Bu həqiqətin etiraf olunması və bu yöndə konkret addımların atılması regionun, xüsusilə erməni xalqının və Ermənistanın gələcəyi üçün çox önəmlidir”.

A.Quliyevin sözlərinə görə, Ermənistanda olan QHT-lər etiraf etməlidirlər ki, bugünkü Ermənistanın, faşist rejiminin həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində ən böyük zərbə elə Ermənistan xalqının özünə dəyib: “Çünki bu gün Ermənistanın müflis, yoxsul vəziyyətinə düşməsinin, insanların ölkədən baş götürüb qaçmasının tək səbəbkarı işğalçılıq siyasətini həyata keçirən Ermənistanın hakimiyyətidir. Ona görə də əgər Ermənistan vətəndaş cəmiyyəti institutları öz hakimiyyətlərinin qanunsuz, cinayətkar və işğalçı siyasətinə haqq qazandırmaq siyasətindən əl çəkməyəcəklərsə, həqiqəti söyləməyəcəklərsə, bu gün Ermənistan QHT-ləri ilə hər hansı əməkdaşlığın heç bir mənası yoxdur”.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!