Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 10-05-2017, 18:23
Nazir: “Hazırda Azərbaycanda 14 macar şirkəti fəaliyyət göstərir”

İqtisadiyyat naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinı qəbul edib.

Butov.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə növbəti Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi müzakirə edilib, Macarıstan şirkətlərinin Azərbaycanda həyata keçirməkdə maraqlı olduğu layihələr diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı dostluq prinsipləri üzərində qurulan Azərbaycan-Macarıstan əlaqələrinin iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyi, əməkdaşlığın inkişafında Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında 40-dan çox sənəd imzalanıb, qarşılıqlı səylər nəticəsində ticarət əlaqələri genişlənib. Hazırda Azərbaycanda 14 macar şirkəti fəaliyyət göstərir. Təkcə 2005-2016-cı illərdə biznes dairələrinin iştirakı ilə 10-dan çox tədbir keçirilib.

Görüşdə ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu, tranzit yükdaşımaları, turizm, İKT və digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!