Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        “Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                       
Tarix : 22-06-2017, 19:17
Hüquq-mühafizə orqanlarının təmsilçiləri - Bakıda

İyunun 22-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Mərkəzi Asiya dövlətlərinin hüquq-mühafizə orqanları nümayəndələrinin azərbaycanlı həmkarları ilə görüşü keçirilib.

Butov.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya ölkələri üçün "Nəzarət-buraxılış məntəqələrinin potensialının gücləndirilməsi əsasında Əfqanıstandan şimal marşrutu yolu ilə narkotiklərin qaçaqmalçılığı ilə mübarizə və sərhəd sahəsində qarşılıqlı fəaliyyət ofislərinin yaradılması" layihəsi çərçivəsində təşkil olunub.

Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan gömrük, sərhəd və daxili işlər orqanlarının təmsilçiləri iştirak edib.

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev narkotiklərin qaçaqmalçılığı ilə mübarizə və sərhəd sahəsində qarşılıqlı fəaliyyətin önəminə toxunaraq bu işdə təcrübə və məlumat mübadiləsinin zəruriliyini vurğulayıb.

Qeyd edilib ki, bütün dünyada aktual məsələlərdən biri olan narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı müvafiq tədbirlərin daha çevik və səmərəli şəkildə həyata keçirilməsində qarşılıqlı əməkdaşlıq xüsusilə əlverişli şərait yaradır.

Öz növbəsində, digər çıxış edənlər bu görüşün Mərkəzi Asiya dövlətlərinin hüquq-mühafizə orqanları nümayəndələri üçün xüsusi maraq doğurduğunu və qarşılıqlı fəaliyyətə mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər.

Sonra Azərbaycan Gömrük Xidmətinin fəaliyyəti və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin "Sərhəd əməkdaşlığı" regional layihəsi barədə məlumat təqdim olunub.

Daha sonra görüşdə Azərbaycan Respublikasında gömrük nəzarəti sistemi, transsərhəd əlaqələr və əməkdaşlıq, idarələrarası əməkdaşlıq və hüquqi əsaslar, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki təchizat və tədris proqramları, Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlıq sahəsində vəziyyət mövzusunda diskussiya keçirilib.

Qeyd edək ki, Mərkəzi Asiya dövlətlərinin hüquq-mühafizə orqanları nümayəndələrinin Azərbaycana səfəri tanışlıq xarakteri daşıyır.

İyunun 21-də nümayəndə heyəti Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postuna baş çəkib, postun rəhbərliyi ilə görüşüb. Eyni zamanda, postun fəaliyyəti ilə yaxından tanış olan qonaqlar onları maraqlandıran məsələlər ətrafında müzakirə aparıblar.

Mərkəzi Asiya dövlətlərinin hüquq-mühafizə orqanları nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində sonuncu görüşün iyunun 23-də Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda keçirilməsi nəzərdə tutulub.

Bundan öncə nümayəndə heyəti eyni məqsədlə Gürcüstanda da səfərdə olub.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!