Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 8-12-2016, 18:05
Dünya Gömrük Təşkilatı ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşlıq əlaqələri müzakirə edilib

Dünya Gömrük Təşkilatı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlıq əlaqələri müzakirə edilib.

Butov.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Moskvada Dünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 76-cı sessiyasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin səfər çərçivəsində keçirdiyi bir sıra görüşlər zamanı aparılıb.

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinlə görüşdə iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq ifadə olunub, bu əlaqələrin davamlılığının təmin edilməsində gömrük orqanlarının rolundan bəhs edilib.

Görüşdə Azərbaycan-Rusiya sərhədindəki vəziyyət müzakirə olunub və sərhədkeçmə prosesində yaranan problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən birgə səylər müsbət qiymətləndirilib, gələcəkdə bu kimi halların yaşanmaması ilə bağlı qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi vurğulanıb.

Dünya Gömrük Təşkilatının baş katibi Kuniyo Mikuriya ilə görüşdə DGT ilə Azərbaycan Gömrük Xidmətinin əməkdaşlıq əlaqələri müzakirə edilib.

Bundan başqa, Dünya Gömrük Təşkilatında keçirilən seçkilərdə şəffaflığın təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Aydın Əliyev DGT rəhbərini Azərbaycan Gömrük Xidmətinin 25 illik yubiley tədbirlərində görməkdən məmnunluq duyacağını da ifadə edib.

Dünya Gömrük Təşkilatının potensialın gücləndirilməsi üzrə direktoru Ernani Çekkucci ilə görüşdə Azərbaycan gömrük əməkdaşlarının potensialının artırılması, ixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlərdən, eyni zamanda, DGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətindən, ofisin bölgə ölkələrinin gömrük əməkdaşlarının peşə hazırlığının artırılmasındakı rolundan bəhs olunub. Komitə sədri indiyədək DGT-nin Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində bir sıra regional və beynəlxalq tədbirlərin, o cümlədən Əfqanıstan gömrükçüləri və bu ölkənin digər sərhəd qurumlarının nümayəndələri üçün seminarların keçirildiyini bildirib.

Aydın Əliyev DGT nümayəndəsinə Azərbaycan gömrük orqanlarının 25 illik yubileyinin qeyd olunacağını və yubiley tədbirlərində onun da iştirakından məmnunluq duyacağını ifadə edib.

Dünya Gömrük Təşkilatı Şurasının sədri, Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdovla görüşdə DGT çərçivəsində Azərbaycan-Rusiya əlaqələrindən məmnunluq ifadə edilib və bu əlaqələrin daha da gücləndirilməsi istiqamətində bundan sonra da bütün zəruri addımların atılacağı bildirilib, eləcə də komissiyanın iclasında müzakirə edilən məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Avstriya Gömrük Xidmətinin rəhbəri, Dünya Gömrük Təşkilatının Avropa Regionu üzrə sədr müavini xanım Bettina Vogl-Lang ilə görüşdə də Azərbaycan və Avstriya arasındakı siyasi, iqtisadi əlaqələr müzakirə olunub, bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində gömrük orqanlarının rolundan bəhs edilib.

Eyni zamanda, Aydın Əliyev bu il Azərbaycan Respublikasının Qəbələ şəhərində keçirilən “Gənclərin dialoqu - beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq Tələbə Konfransında avstriyalı nümayəndələrin də iştirakından razılığını ifadə edib.

Nəhayət, daha bir görüş Braziliya Gömrük Xidmətinin rəhbəri Ronaldo Medina ilə keçirilib.

Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr, gömrük sahəsindəki təcrübə və yeniliklər barədə müzakirələr aparılıb, qarşılıqlı əlaqələrin gücləndirilməsinin hər iki ölkə üçün fayda verəcəyi vurğulanıb.
Dünya Gömrük Təşkilatı ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşlıq əlaqələri müzakirə edilib


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!