Bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb .....                        Sus kəndində 32 ildən sonra ilk zəng .....                        ABŞ sülh üçün səylərini əsirgəməyəcək .....                        Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi .....                        Blinken İlham Əliyevə zəng etdi .....                        Fransa komissarı istefa verdi .....                        Yeni tədris ilində 1.6 milyon şagird .....                        Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi .....                        Bakıda maşınlardan və ödəniş terminalından 14 min manat oğurlandı - VİDEO .....                       
Tarix : 5-12-2016, 18:57
Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının növbəti sessiyası işə başlayıb

Dekabrın 5-də Moskvada Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 76-cı sessiyası işə başlayıb.

Butov.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Sessiyanın açılış mərasimində Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalov iştirak edib. Baş nazirin birinci müavini əmin olduğunu bildirib ki, Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 76-cı sessiyası qarşıya qoyulan məqsədlərə çatacaq, eləcə də gömrük əməkdaşlığının möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.

Tədbirin gündəliyi qəbul edildikdən sonra Ümumdünya Gömrük Təşkilatı Şurasının sədri Ruslan Davıdovun qeydləri və Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanın Strateji Planın həyata keçirilməsi üzrə hesabatı dinlənilib.

Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək sessiyanın yüksək səviyyədə təşkilinə görə Rusiya hökuməti və Ümumdünya Gömrük Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında gömrük sahəsində münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan DGK sədri Aydın Əliyev
Azərbaycan Gömrük Xidmətinin beynəlxalq və regional səviyyədə əməkdaşlıq əlaqələri, gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri barədə də məlumat verib, eyni zamanda, 2010-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gələn Rusiyanın ovaxtkı Prezidenti Dmitri Medvedevə Rusiyadan qanunsuz çıxarılmasına cəhd göstərilmiş və Azərbaycan gömrükçüləri tərəfindən saxlanılaraq müsadirə olunmuş XIX əsrə məxsus 5 ədəd ikonanın təqdim edilməsini məmnunluqla xatırladıb.

Daha sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan gömrükçüləri tərəfindən saxlanılaraq müsadirə edilən ən nadir sənət incilərinin, o cümlədən Rusiya rəhbərliyinə təqdim olunan ikonaların da əks olunduğu “Gömrük muzeyinin xəzinəsi poçt markalarında” adlı nəşri Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalova hədiyyə edib.

Qeyd edək ki, Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 76-cı sessiyası dekabrın 7-dək davam edəcək.

Sessiyada İqtisadi Rəqabət Paketi və Gəlirlər Paketinin 3-cü mərhələsi üzrə Fəaliyyət Planları, Özəl Sektor üzrə Məşvərət Qrupunun görüşünün nəticələri, Potensialın Gücləndirilməsi, Uyğunluq və Nəzarət, həmçinin Rəqəmsal Gömrük üzrə hesabatlar iştirakçıların diqqətinə təqdim olunacaq.

Bununla yanaşı, sessiyada elektron kommersiya, ticarətin sadələşdirilməsi, təhlükəsizlik üzrə təşəbbüs, fəaliyyətin qiymətləndirilməsi, gömrük-vergi əməkdaşlığı və qanunsuz maliyyə axınlarına qarşı mübarizəyə dair məsələlər müzakirə ediləcək.

Sessiyada Harmonik Sistem üzrə Komitənin qərarlarına dair qeyd-şərtlər, 2016-2018-ci illər üçün Strateji Plan, 2017-2018-ci maliyyə ili üçün büdcə Proqramı, ÜGT-nin regional qurumlarının statusu ilə bağlı müzakirələr də aparılacaq.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!