İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 26-07-2017, 12:22
“Silahlı münaqişə başlayarsa, Rusiya hansısa bir mövqe seçməyə məcbur olacaq" - ekspert


Moskva Karnegi Mərkəzinin Elmi Şurasının üzvü, professor, tanınmış politoloq Aleksey Malaşenkon Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin real perspektivini görmür.

Butov.az Modern.az - a istinadən xəbər verir ki, Malaşenko Ermənistan mətbuatına müsahibəsində bildirib ki, Qarabağ problemi ən azı yaxın gələcək üçün əbədi münaqişə hesab oluna bilər.

Politoloq Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşündən də danışıb. O, bildirib ki, görüş olsa belə, bundan heç bir nəticə gözləməyə dəyməz.

“Hazırda hərbi toqquşmalardan qaçmaq imkanları prioritetdir. Amma bunun özü də münaqişənin həlli deyil. Mənim Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan başçısı Serj Sarkisyanın görüşündən nəsə gözləntim yoxdur. Bu, sadəcə çoxsaylı görüşlərdən biri olacaq. Aydındır ki, danışıqlar olacaq, amma konfliktin həll edilməsi üçün real perspektiv yoxdur”.

Ekspert Rusiyanın Qarabağ cəbhəsindəki hərbi toqquşmaların qarşısının almasında hansı rol oynaması barədə sualı da cavablandırıb. O, bildirib ki, Rusiya münaqişənin hərbi yolla həllində maraqlı deyil.

“Silahlı münaqişə başlayarsa, Rusiya hansısa bir mövqe seçməyə məcbur olacaq. Söhbət hakim rolundan çıxış etməkdən getmir. Rusiya sülh prosesini dəstəkləyir və bu mövqe onu tamamilə qane edir”, - deyə Malaşenko əlavə edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!