"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 15-09-2015, 09:34
Səhiyyə işçiləri üçün əmək yarmarkası


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə səhiyyə işçiləri üçün əmək yarmarkası keçirib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə muxtar respublikanın səhiyyə naziri Niyazi Novruzov tibb sistemində aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb. Qeyd olunub ki, son illər səhiyyənin inkişafında, yeni strukturlu müəssisələrin yaradılmasında, tibbi xidmətin yüksək səviyyədə aparılmasında, tibbi kadrların hazırlanmasında müəyyən uğurlar əldə edilib. Səhiyyədə gedən islahatlar çərçivəsində şəhər və rayonlarda müasir tibb avadanlıqları və texnika ilə təchiz edilmiş 200-dən çox yeni səhiyyə müəssisəsi istifadəyə verilib, mövcud tibb müəssisələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb. Belə bir şəraitdə səhiyyə müəssisələrinin tibbi kadr təminatı xüsusi əhəmiyyət kəsb edir və keçirilən ənənəvi səhiyyə yarmarkaları bu problemin həllində, eləcə də qarşıya qoyulmuş məqsədlərə nail olmaqda istiqamətləndirici və tənzimləyici xarakter daşıyır.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikada daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Buna görə də vaxtaşırı olaraq əmək yarmarkalarının keçirilməsi əməkqabiliyyətli əhalinin işlə təmin edilməsində mühüm rol oynayır. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən əmək yarmarkaları indi onların ən çox üz tutduqları ünvandır.

Naxçıvan Dövlət Universitetinin pediatriya ixtisası üzrə məzunu İlkay Həşimli gənc kadrların işlə təminatında əmək yarmarkalarının əhəmiyyətindən danışıb, işəgötürənlər tərəfindən yaradılan şəffaf şəraitə görə minnətdarlığını bildirib.

Sonra işaxtaran ali və orta ixtisas təhsilli məzunlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin binasında təşkil edilən əmək yarmarkasında boş iş yerləri ilə tanış olublar. Yarmarkada həkimlər üçün 487, orta tibb işçiləri üçün isə 174 olmaqla, bütövlükdə, 661 vakant iş yeri təklif edilib, işaxtaranları maraqlandıran suallar cavablandırılıb.

Əmək yarmarkasında 21 nəfər işə göndəriş alıb.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!