Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
Tarix : 17-09-2015, 14:59
Bu gənc Dilqəm və Şahbaz üçün bütün ərəb dünyası qarşısında çıxış etdi


ADİHİ rəhbəri Dohada keçirilən beynəlxalq konfransda kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa çıxması üçün çağırış edib

Butov.az Sonxeber.az saytına əsasən 15-16 Sentyabr tarixlərində Qətərin paytaxtı Doha şəhərində Qətər Milli İnsan Haqları Komitəsinin təşkilatçılığı ilə keçirilən"Nifrət və ekstremizmlə mübarizə" adlı beynəlxalq konfrans öz işini davam etdirib. Müsəlman dünyasında baş verən son hadisələr – müharibə və qətliamlar, ekstremizm və qaçqınlar probleminin müzakirə olunduğu beynəlxalq toplantıda Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da iştirak edib.

Azərbaycanda insan haqlarının vəziyyəti barədə danışan ADİHİ rəhbəri Dağlıq Qarabağ münaqişəsi üzərində xüsusi dayanıb, bir milyon qaçqınlar barədə danışıb. Çıxışı zamanı azərbaycanlı əsirlər barədə söz açan hüquq müdafiəçisi Əhməd Şahidov Kəlbəcərdən olan əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında məlumat verib və Ərəb dünyasına müraciət edib:"Bugün burada müzakirə olunan məsələlər – qətliamlar, günahsız insanların öldürülməsi və əsir götürülməsi mənim ölkəm üçün də ağrılı məsələdir. Mən burada əyləşən hüquq müdafiəçilərinə və bütün Ərəb dünyasına müraciət edirəm. Keçən ilin yay aylarında işğalçı Ermənistanın əsir götürdüyü iki Azərbaycan vətəndaşı – Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azadlığa buraxılması üçün kömək edin. Xahiş edirəm, bu məsələdə səsimizə səs verin. İki günahsız insanın haqqını qorumaqda dəstəyinizi istəyirəm və qoy bu dəstək bütün müsəlman dünyasının qardaşlıq nümunəsi olsun."

ADİHİ rəhbərinin çıxışını alqışlarla qarşılayan toplantı iştirakçıları azərbaycanlı əsirlərlə bağlı məsələ qaldıracaqlarına söz veriblər.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!