"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : 22-09-2015, 12:36
Bazarların kənarlarındakı iaşə müəssisələri sanitar qaydaları pozur


Bakıda fəaliyyət göstərən kiçik iaşə obyektləri sanitar qaydalara riayət etmir.

Bunu Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, qaydalara riayət etməyənlər əsasən dönərxanalardır. Təmsil etdiyi qurum tərəfindən sanitar normalara cavab verməyən iaşə müəssisələri aşkarlanan zaman cəzalandırıldığını qeyd edən İ.Abdullayev vurğulayıb ki, sanitar qaydaları pozanlar əsasən bazarların kənarlarında və ya həmin obyektlərə yaxın ərazilərdə fəaliyyət göstərən iaşə müəssisələridir: "Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə yaxın yerlərdə işləyən müəssisələr də bu qaydalara riayət etmirlər".

İ.Abdullayev qeyd edib ki, kiçik müəssisələr əti və digər ləvazimatları saxlamaq üçün tələblərə cavab verən soyuduculardan əksər hallarda istifadə etmirlər.

Qurum rəsmisi eyni zamanda, qaydalara riayət edən iaşə obyektlərinin də az olmadığını vurğulayıb. Onun sözlərinə görə, son zamanlar bu tendensiya artmaqdadır: "Sanitar qaydalara və tələblərə cavab verən böyük dönərxanalar da var. Həmin obyektlər sanitar normalara tam cavab verir və müştərilərin təhlükəsiz qidalanmaları üçün əllərindən gələni edirlər".


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!