Pakistan Taliban liderini öldürüb? .....                        Nəzrinin ölümünə görə həbs olunan həkimə hökm oxundu .....                        Tramp administrasiyası Nobel qərarından qəzəblidir .....                        İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir .....                        Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT .....                        AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatır - Putin .....                        Azərbaycan və Ermənistan deputatları İstanbulda görüşəcək? - AÇIQLAMA .....                        Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu .....                        Abşeronda qətl - 60 yaşlı kişi öldürüldü .....                       
Tarix : 22-04-2016, 13:28
Güclü külək evlərin dam örtüklərini uçurdu


Ötən gecədən əsən güclü külək respublikanın bir sıra bölgələrində fəsadlara səbəb olub. Belə ki, güclü külək səbəbindən Şəmkir rayonunda bir sıra kəndlərə elektrik verilişində problem yaranıb, evlərin dam örtüyü zədələnib.

Bundan başqa, Gəncə və Şəmkirdə də güclü külək səbəbindən elektrik dirəkləri aşıb, bəzi kəndlərə elektrik verilişində problemlər yaranıb.

Butov.az xəbər verir ki, Samux rayon icra başçısının birinci müavini Tahir Qarayev Publika.az-a açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar olaraq iki evdə problem yaranıb.

“Qovlarsarı kəndində evlərdən birinin üzərinə ağac aşıb, Tatı kəndində isə külək bir evin dam örtüyünü uçurub. Rayon mərkəzində və digər kəndlərdə evlərə ziyan dəyməyib. Lək, Əlibayramlı kəndlərində elektrik xətləri qırılıb. Hazırda problemin aradan qaldırılması üçün işlər aparılır”.

Gəncədə şəhər İcra Hakimiyyətindən bildirdilər ki, gecə yarısından başlayan güclü külək şəhərin bəzi yerlərində fəsadlara səbəb olub.

“Belə ki, 4-cü mikrorayonda yerləşən 6 saylı binanın və N.Nərimanov küçəsi 12-ci döngədə yerləşən 12 saylı evin dam örtükləri sıradan çıxıb. Bir sıra küçə və prospektlərdə elektrik dirəkləri aşıb və ağaclar qırılıb.

Dərhal Gəncə şəhər İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndələri hadisə yerlərində olub. İlkin tədbirlər nəticəsində artıq qəza baş vermiş yerlərdə sakinlərin işıq təminatı bərpa olunub”.

Məlumatda bildirilib ki, küləyin törətdiyi fəsadları qısa zamanda aradan qaldırmaq üçün şəhər təsərrüfatına dəymiş ziyan müəyyənləşdirilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!