İlham Əliyevdən PKK-nın ləğvinə reaksiya .....                        Gəncədəki yanğınla bağlı rəsmi AÇIQLAMA .....                        Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadıldı .....                        Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var .....                        Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət aldı .....                        Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI .....                        Hakan Fidandan PKK-nın ləğvinə reaksiya .....                        Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlıq müzakirə olundu .....                        Evində kirayə yaşaydığı qohumunun pulunu oğurladı, həbs edildi .....                       
Tarix : 4-12-2015, 10:12
Külək Bakı ətrafını işıqsız qoydu - 12 saatdan çoxdur



Dünən axşam baş verən güclü küləyə görə Bakı və Abşeron ərazisininin bir çox qəsəbə və kəndləri işıqsız qalıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı redaksiyamıza xeyli sayda şikayət daxil olub. Yasamal rayonu, “Qanlı göl”ün sağ sahilində yaşayan sakinlərin sözlərinə görə ərazidə axşam saat 9-dan səhər saat 10-un yarısına kimi işıq olmayıb: “Demişdilər ki, bütün hazırlıqlar görülüb, Bakı qışa tam hazırdır. Hələ nə qar var, nə çovğun. Bir külək əsən kimi işıqsız qaldıq. 360 ailənin gecədən səhərə kimi işığı olmayıb”.

Bundan başqa, Məhəmmədi, Masazır qəsəbələrində, Xırdalan şəhərinin bəzi yerlərində, binəqədi qəsəbəsində, o cümlədən paytaxtın bəzi hissələrində işıq ya verilməyib, ya da çox zəif və fasilələrlə verilib.

“Qafqazinfo” məsələ ilə əlaqədar olaraq “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. Mətbuat katibi bildirib ki, sözügedən ərazilərdə güclü külək olduğu üçün işıq xətlərində problem yaşanıb. Artıq problem aradan qaldırılaraq elektrik enerjisi bərpa olunub.

Mətbuat katibi “Qanlı göl” sahilində işığın kəsilməsi ilə bağlı araşdırma aparılıb yaxın zamanda məlumat veriləcəyini bildirib.

***

Binəqədi rayonu, Binəqədi qəsəbəsi M. Ələkbərov küçəsində yaşayan sakinlərin sözlərinə görə, dünən saat 9-dan sönən işıq hələ də yanmayıb.

***

T. Mustafayev: ““Qanlı göl” sahilindəki ərazini araşdırırıq, orada hər hansı bir problemlə qarşılaşmadıq. Ola bilər ki, bir hissəsində yaşanmış olsun. Bu da küləyin nəticəsindədir. Dünyanın bütün ölkələrində külək əsəndə bu kimi hallar yaşanır. Biz çalışırıq ki, operativliyimizi qoruyaq. Dünən gecədən bütün əməkdaşlar ayaq üstədir. Təbiətin yaratdığı fəsadlar qarşısında biz heç nə edə bilmirik. Əlimizdən gələn operativ işləmək və problemləri aradan qaldırmaqdır. Biz özümüz də opponentik və hər hansı problem yaşanmığını istəmərik. Hazırda Masazır ərazisində iş gedir. Bəzi ərazilərdə külək evin damlarını və ağaclarını xətlərin üstünə aşırıb. Gücləndirilmiş iş rejimində işləyirik”


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!