Məhkəmə Tofiq Yaqublu barədə qərar verdi .....                        Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB .....                        10 kq qızılı oğurlayıb bataqlıqda gizlətdilər - FOTO .....                        Kimlər əfvə düşə bilməz? - SİYAHI .....                        İranın müdafiə naziri Ermənistana getdi .....                        Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı .....                        Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi - FOTO .....                        Bakıda yeni işıqforlar quraşdırılır .....                        Üzləşdiyimiz istənilən çətinlik zamanı Əliyev bizim yanımızda olub - Orban .....                       
Tarix : 17-11-2015, 09:49
“Delta Telekom” Azərbaycan üzərindən İrana, Gürcüstana, Omana trafik verir”


Dünən günün ikinci yarısı Azərbaycan ərazisində internetin kəsilməsi böyük ajiotaja səbəb oldu. Saatlarla internetin olmaması şəbəkənin bir məkandan idarə olunması məsələsini gündəmə gətirib.

Rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini İltimas Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycana internet bir neçə məkandan daxil olur:

“Hər dəfə biz bunu demişik. Şimaldan, Gürcüstandan, İran istiqamətindən xəttimiz var. Bu xidməti göstərən ən azı iki operatorumuz var, “Delta Telekom, “Aztelekom” tərəfindən bu xidmət göstərilir. Hətta bir sıra xırda xidmətlər də var”.

Əsas yükün optik kabel üzərindən getdiyini qeyd edən İltimas Məmmədovun sözlərinə görə, optik kabel üzərindən xidmətin təşkilinin də çox böyük hissəsi, 80 faizdən çoxu “Delta Telekom” tərəfindən aparılır: “Delta Telekom” tranzit olaraq Azərbaycan üzərindən dünyanın bir çox ölkələrinə trafiki verir, İrana, Gürcüstana və yaxud Omana. Bir çox böyük trafiklər Azərbaycan ərazisindən gedir. Bunların heç birində problem olmayıb və bu hadisələr bunların heç birinə təsir etməyib. Sadəcə, “Delta Telekom”da data avadanlıqları yerləşən mərkəzdə tüstülənmə olduğundan, avadanlıqlara zərər dəydiyindən bir qismi sıradan çıxdı və bu problem də təxminən axşam saat 11-ə işləyəndə tamamilə aradan qaldırıldı və artıq internet normal işləyirdi. Peyk üzərindən xidmətlər də normal göstərilirdi. Peyk üzərindən internet xidməti 100 GBb-lərlə ötürülür ki, belə internet dünyanın heç yerində verilmir. Bu televiziya xidməti, kondatır kanalları yaratmaq üçündür. İnternetdə belə hadisələr ola bilir, sadəcə, bu problem operativ aradan qaldırıldı və bərpa olundu”.

Dünən 16:30 radələrində Azərbaycanda internetlə bağlı problem yaranıb. Ölkənin demək olar əksər aparıcı internet provayderlərinin abunəçilərə verdiyi internet kəsilib. Respublikada yaranmış internet problemini “Delta Telecom”dan qaynaqlanıb və kabellərdə baş verən yanğın ölkə ərazisində internetin kəsilməsinə səbəb olub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!