Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 28-04-2016, 11:19
Elektron hökumət portalı bizə necə faydalıdır?



Elektron hökumət portalı informasiya texnologiyaları əsasında qurulmuş dövlət idarəetmə mexanizminin bir növüdür. İlk öncə buna aparıcı iqtisadiyyata malik ölkələrdə, ən əsası ABŞ və Böyük Britaniyada dövlətin idarəedilməsində şəffaflıq və səmərəliliyin artırılmasına yönəldilmiş bir konsepsiya kimi baxılırdı. Bu konsepsiyanın əsasında müxtəlif cür informasiya texnologiyalarından istifadə edərək vətəndaşlara göstərilən xidmətlərin avtomatlaşdırılması dayanırdı. İnkişaf etmiş ölkələrdə artıq bir neçə müddətdir mövcud olmasına baxmayaraq, ölkəmizdə bu sahənin tətbiqi və inkişafı yeni bir sahədir.

Elektron hökumətin təklif etdiyi xidmətlərdən təkcə vətəndaşlar deyil, eyni zamanda hüquqi şəxslər, qeyri-dövlət təşkilatları və dövlət strukturları da yararlana bilərlər. Belə ki, dünya təcrübəsinə nəzər saldığımız zaman belə məlum olur ki, elektron hökumət əsasən 3 moduldan ibarətdir :
1) G2G-hökumət hökumətə (government to government);
2) G2B-hökumət biznesə (government to business);
3) G2C hökumət vətəndaşlara (government to citizens).

"E-hökumət" dedikdə ümumilikdə dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətlərdən elektron qaydada istifadə olunması başa düşülür ki, bu da günümüzdə elektron hökumət portalı vasitəsilə reallaşır.

Son zamanlar dövlət orqanlarının informasiya ehtiyatlarının elektronlaşması ilə bağlı böyük işlər görülmüşdür və hal-hazırda da bu layihə uğurla davam edir. Bunun əsasında dövlət qurumlarının təqdim etdikləri elektron xidmətlərdən "bir pəncərə" prinsipi əsasında istifadənin təşkil olunması məqsədilə "elektron hökumət" portalı yaradıldı. Bütün dövlət orqanlarının onlayn xidmətləri məhz həmin portalda cəmləşdirildi ki, bununla da eyni məlumatların müxtəlif mənbələrdə toplanması halları aradan qaldırıldı. İndiyədək ayrı-ayrı dövlət qurumlarının müxtəlif məlumat bazaları mövcud idi ki, vətəndaşlar bir probleminin həlli üçün bir neçə dövlət orqanına müraciət etməli olduğu zaman xeyli prosedurdan keçirdilər. Nəticədə, belə hallar hər iki tərəf üçün böyük vaxt itkilərilə bərabər xeyli gecikmələrə səbəb olurdu.

Ən başlıca şərtlərdən biri "bir pəncərə" prinsipi əsasında çalışan qurumlar vətəndaşlara təqdim olunan məlumatların tamlığına, keyfiyyətinə, düzgünlüyünə və ən vacib ünsür hesab edilən saytda cəmlənmiş məlumatların təhlükəsizlik baxımından qorunmasına cavabdehdirlər. Belə ki, günümüzdə fərdə aid məlumatların saxtalaşdırılması və ya şəxsi məlumatlarla bağlı iş zamanı yol verilən mexaniki səhvlər bir çox sahələrin zərər çəkməsinə səbəb olurdu ki, artıq məlumatların avtomatlaşdırılması zamanı bu problemlər öz həllini tapmaqdadır.

Dövlət orqanlarında kağız daşıyıcılarda mövcud olan məlumatların elektronlaşdırılması, vahid bir sistem şəklində toplanılması səmərəliliyin artırılmasına, eyni zamanda münasibətlərdəki şəffaflığa və qənaətə öz müsbət təsirini göstərməkdədir. Artıq kağız üzərində sənədləşmə, imza və möhürlə təsdiq etmə getdikcə tarixdə qalır, yerini yeni texnologiyalara verir.

Yaradılan yeni xidmətlərin əsas məqsədlərindən biri də dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı yaranan münasibətləri maksimum azaldaraq elektron müstəviyə keçirmək, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Elektron hökumət portalı vasitəsi ilə göstərilən xidmətlər əvvəlki dövrdə göstərilən xidmətlərdən daha surətli, zaman və maliyyə baxımından daha effektiv olması ilə seçilir.

Portal vasitəsi ilə təqdim edilən 12 elektron arayış vətəndaşların xüsusi diqqətini cəlb edib. Həmin arayışlar müxtəlif dövlət qurumu tərəfindən vətəndaşlardan ən çox tələb olunan arayışlardır ki, xidmət yaradılana qədər bu arayışların əldə edilməsi uzun zaman tələb edirdi. Günümüzdə bu xidmətlərdən istənilən vaxt, sərbəst formada və onlayn şəkildə istifadə olunur. Eyni zamanda portal vasitəsi ilə dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna onlayn yazılmaq, dövlət orqanlarına onlayn müraciətlər göndərmək və onları onlayn qaydada izləmək kimi xidmətlər də mümkündür.

2012-ci ilin aprel ayından istifadəyə verilən elektron hökumət portalında ilkin olaraq cəmi 16 dövlət qurumu üzrə 50-ə yaxın elektron xidmət inteqrasiya olunmuşdursa, hazırda portal üzərindən xidmət göstərən qurumların sayı 42, təqdim edilən xidmətlərin sayı isə 461-dir. Sevindirici haldır ki, bununla yanaşı portaldakı elektron xidmətlərdən istifadə sayı da dinamik şəkildə artmaqdadır. Təbii ki, bu da öz növbəsində vətəndaşların ictimai həyatına öz müsbət təsirini göstərir. Daha çox sosial tələbatı olan, istifadəsi asan və daha çox ehtiyac duyulan elektron xidmətlərdən istifadə edənlərin sayı günbəgün artmaqdadır. Portal vasitəsilə göstərilən xidmət növləri artdıqca, vətəndaşlar tərəfindən elektron xidmətlərə maraq daha da artır. Qeyd edək ki, keçən dövr ərzində portala müraciət edənlərin sayı 2,6 milyonu ötmüşdür ki, bu da son iki illə müqayisədə 10 dəfə artım deməkdir. Məlumat üçün onu da bildirmək istərdik ki, son zamanlar portal vasitəsilə ən çox istifadə edilən xidmətlərdən biri də "əmək müqavilələrininin elektron qeydiyyatı"dır.

Son vaxtlar əmək münasibətlərinin rəsmiləşdirilməsi və qeydiyyata alınması zamanı müşahidə edilən bəzi uyğunsuzluqlar hüquqi tənzimlənmə mexanizminin təkmilləşdirilməsini tələb edirdi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş sonuncu dəyişikliklər zamanı bu problem öz həllini tapdı ki, bu da birbaşa elektron hökumət portalı ilə əlaqədar idi.

1)Məcəllənin 49-cu maddəsinin birinci maddəsinin birinci bəndinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2)Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir.

Məlumdur ki, bu dəyişikliklər öz növbəsində müəssisələrin fəaliyyətlərinin qanun çərçivəsində tənzimləməsində məsuliyyətlərinin artırılmasına xidmət edir. Lakin hələ də sirr deyil ki, ölkəmizdə əmək hüquqlarının pozulması ən çox rast gəlinən inzibati xətalardandır. Xüsusən də, onu qeyd etmək yerinə düşər ki, özəl müəssisələrdə işçilərin əmək hüquqları kobud şəkildə pozulur. Baxmayaraq ki, qanunvericilikdə müxtəlif cərimələr nəzərdə tutulub, təəsüf hissilə bildirmək istəyirik ki, işçilər əmək müqaviləsi bağlanmadan qeyri-qanuni formada işə cəlb olunurlar. Halbuki, əmək müqaviləsi işçi-işəgötürən münasibətlərinin təminatı olmaqla, hər iki tərəfin də hüquqlarını qoruyur.

İlk baxışdan istifadəsi asan görünsə də, əsas şərtlərdən biri odur ki, bu məlumatların işəgötürənlər tərəfindən elektron sistemə daxil edilməsinin hüquqi əsasları olmalıdır. Belə ki, təcrübələr zamanı ortaya çıxan problemlər nəticəsində aydın oldu ki, bəzi işəgötürənlər tərəfindən işçilər barəsindəki məlumatlar portala daxil edilən zaman baş vermiş qanunauyğunsuzluqlar səbəbindən işçilərlə müəyyən problemlər yaşanmışdır. Buda işçilərin hüquqlarının pozulmasıdır ki, sonunda belə hallara görə işəgötürənlər ciddi məsuliyyət daşıyırlar. Belə xoşagəlməz halların yaşanmaması üçün işi bu sahə üzrə peşəkar hüquqşünaslara həlavə etmək məsləhət görülür.

Qeyd edək ki, əmək münasibətlərinin elektron qeydiyyatı əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işəgötürən-işçi münasibətlərinə nəzarətin gücləndirilməsinə, işçilərin gələcək sosial, habelə layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın formalaşmasına, sosial sığorta haqları və s. daxilolmaların artmasına yönəlib.

Ümumilikdə, elektron portal vasitəsilə vətəndaşlar bir çox yeniliklər əldə etmişdilər ki, indiyədək bu məlumatların əldə olunması bu qədər asan olmamışdır. Buna misal olaraq, əmək müqavilələri bildirişləri və DSMF hesabı barədəki məlumatları göstərmək olar. Əvvəlki illərlə müqayisədə artıq vətəndaşlar istənilən vaxt işəgötürənə heç bir müraciət etmədən bu məlumatları sərbəst şəkildə əldə edə bilirlər.

Demək olar ki, bu istiqamətdə atılan bütün addımlar vətəndaşların xeyrinə olmaqla yanaşı, bu xidmətlər öz növbəsində işçi ilə işəgötürən arasındakı bəzi neqativ məsələlərin leqallaşmasına və dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət töhvəsini verir. Bunun üçün başlıca şərt vətəndaşların elektron xidmətlərə inteqrasiya olunmasıdır ki, vətəndaşlar hələ də bu məsələlərdə bəzi çətinliklər yaşayır.

Sonunda onu da qeyd etmək istərdim ki, 20 illik təcrübəsinə əsaslanan "BSC" MMC dövlət orqanları tərəfindən elektron hökumət portalı vasitəsi ilə təqdim olunan bütün elektron xidmətlərlə bağlı sizin yaranmış çətinliklərinizi aradan qaldırmaqda, elektron xidmətlərdən istifadə zamanı sizə hüquqi dəstəyin verilməsində və ən əsası sizin elektron xidmətlərə inteqrasiya etməyinizdə öz peşəkar komandası ilə hər an sizlərə yüksək səviyyəli xidmət göstərməyə, eləcədə sizinlə bu sahədə yaxından əməkdaşlıq etməyə hazırdır.

"BSC" MMC-nin hüquqşünası


Trend.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!