Elçin Quliyev III Çarlzla birlikdə - FOTO .....                        Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA .....                        Trampla Putin 2 saat danışdılar .....                        Məhkəmədə vaxtilə işğalda olmuş ərazilərdə çəkilən görüntülərinə baxdı .....                        Polşada prezident seçkiləri - İkinci tur nə vaxt keçiriləcək? .....                        Fransaya casusluq edən Martinin məhkəməsi .....                        Sahibə Qafarova ispan həmkarı ilə görüşdü .....                        4 ay əvvəl seçilən bələdiyyə sədri işdən çıxdı .....                        Dağıstan silkələndi .....                       
Tarix : 15-01-2016, 15:51
Dövlət xidmətlərinin Elektron Reyestr portalının təqdimatı keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə vətəndaşlara dövlət xidmətləri haqqında informasiyanı təqdim edən dövlət xidmətlərinin Elektron Reyestr portalı -www.dxr.az yaradılıb.

Portalın yaradılmasında əsas məqsəd vətəndaşların xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bunun üçün dövlət xidmətləri barədə vətəndaşları maraqlandıran informasiyalar araşdırılıb, təhlil edilib və Reyestrin strukturu müəyyən edilib. Artıq Elektron Reyestrin proqram təminatı hazırlanıb, xidmətlər sistemə daxil edilib, paralel olaraq müxtəlif istiqamətdə sınaqlar həyata keçirilib. Beləliklə, Elektron Reyestrdə 116 dövlət orqanı qeydiyyatdan keçib və 676 dövlət xidməti təsdiq edilib.
Dövlət xidmətlərinin Elektron Reyestr portalının təqdimatı keçirildi

Təqdim olunan portal məlumatların vətəndaşlar tərəfindən effektiv istifadəsi məqsədi ilə hazırlandığı üçün növbəti illərdə də vətəndaşlardan gələn təkliflər istiqamətində daha da təkmilləşdiriləcəkdir.
Qeyd edək ki, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestri Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 262 nömrəli Fərmanı ilə yaradılıb. Həmin Fərmanın 4.2-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tərəfindən 9 fevral 2015-ci il tarixli 32 nömrəli Qərarla “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması” Qaydaları təsdiq edilib.
Dövlət xidmətlərinin Elektron Reyestr portalının təqdimatı keçirildi

Fərmana əsasən Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb.
Dövlət xidmətlərinin Elektron Reyestr portalının təqdimatı keçirildi


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!