Tarix : 10-04-2015, 12:17
“ASAN xidmət”in “İdeya Bankı”nın əhatə dairəsi genişlənirASAN xidmət mərkəzinin mətbuat xidmətindən Butov.az saytına verilən məlumata görə, Azərbacan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili prosesinə vətəndaşların cəlb edilməsi, yaradıcı, sosial və ictimai əhəmiyyətli ideyaların toplanılması üçün “İdeya Bankı” yaradılıb. Cari ilin mart ayından etibarən “İdeya Bankı”nın əhatə dairəsi daha da genişləndirilib. Belə ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “İdeya Bankı”na qoşulub.
Artıq “İdeya Bankı” vasitəsi ilə bu orqanların müəyyən etdiyi istiqamətlər üzrə ideyaların qəbuluna başlanılıb. Hər bir vətəndaş qeyd edilən dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz ideya və təkliflərini “www.ideyabankı.az və ya www.ideya.az” sayıtlarına daxil olmaqla elektron qaydada göndərə bilərlər. Komissiya tərəfindən qalib seçilən ideyaların mükafatlandırılması nəzərdə tutulur.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində vətəndaşlardan daxil olan ideyaların böyük rolu olub. Banka bu günə qədər 3500-dən çox ideya qəbul olunub və onların bir çoxu reallaşdırılıb.
Paylaş
Bölmə: Xəbər / Sosial / Karusel / Slayd / Xəbər lenti