Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 3-05-2016, 16:19
Türkiyədən Azərbaycana gətirilən lobyada xəstəlik tapıldı



Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Azərbaycana daxil olan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarət gücləndirilib.

Butov.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Türkiyədən Azərbaycana idxal olunan 750 kiloqram ərzaqlıq lobya məhsulundan götürülən nümunələr müvafiq laboratoriyalarda analiz edilib. Aparılan analiz nəticəsində məhsulda karantin tətbiq edilən xəstəliklərdən lobyanın bakteriozu və ya bakterial yanıq ləkəliyi (Xanthomonas campestris pv. Phaseoli Dye) aşkar edilib.

Adıçəkilən xəstəliyin respublikanın bitki örtüyü üçün təhlükəli və karantin tətbiq edilən zərərli orqanizm olduğunu nəzərə alaraq, bu gün yük “Təmiz Şəhər” ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilib.

Qeyd edək ki, “Xanthomonas phaseoli” torpaqda uzun müddət yaşaya bilir. Xəstəliyin inkişafı üçün optimal temperatur 25-30 dərəcədir. Güclü yağışlar, havanın temperaturunun 1-18 dərəcədən aşağı olmaması bitkilərin yoluxması üçün əlverişli şərait yaradır. Orta yoluxmada məhsuldarlıq 15-20 faiz, güclü yoluxmada isə 40-50 faizə qədər aşağı düşür. Bakteriyanın infeksiyası toxumlarda bir neçə il, bitki qalıqlarında isə onların cücərməsinə qədər qalır.

Məhsulun xəstəliyə yoluxmaması üçün sağlam bitkilərdən alınan toxumlardan istifadə edilməlidir. Səpinlərdən əvvəl toxumlar fentiuram preparatı ilə (3-4 kq/t) dərmanlanmalı, səpin müddətinə və növbəli əkinə əməl edilməlidir. Çiçəklənmədən əvvəl bitkilərin mineral gübrələrlə yemlənməsi müsbət amildir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!