Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 3-05-2016, 18:04
“Uşaq hüquqlarının pozulmasının qarşısının alınması” layihəsinin icrasına başlanılıb




“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaq hüquqlarının pozulmasının qarşısının alınması” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi Məktəb uşaq birliklərinin və psixoloqların rolunu artırılmaqla uşaq hüquqlarının pozulmasının qarşısının alınmasına və zorakılığa məruz qalmış uşaqların problemlərinin həllinə dəstək göstərilməsi işini gücləndirməkdir.

Layihənin vəzifələri sırasına aşağıdakılar daxildir:

• Uşaqlar arasında öz hüquqlarının və zorakılıqdan qorunma yollarının təbliğ olunması;
• Uşaqlarla məktəb uşaq birlikləri və psixoloqları arasında əməkdaşlığı gücləndirmək;
• Məktəb uşaq birliklərinin və psixoloqların uşaq hüquqları, onların müdafiəsi və uşaqların zorakılıqdan qorunması ilə bağlı bacarıqlarını artırmaq;
• Müxtəlif məktəblərin uşaq birlikləri və psixoloqları ilə əməkdaşlıq əlaqələrini gücləndirmək və təcrübə mübadiləsi imkanlarını genişləndirmək;
• Məktəb uşaq birlikləri üçün Strateji İnkişaf Planı Sənədini hazırlamaq və müzakirələrin təşkil etmək;
• Uşaqlar arasında zorakılıq hallarının müəyyən edilməsi üçün psixoloqlarla uşaqların əməkdaşlığını gücləndirmək.
• Psixoliji Yardım haqqında Qanun layihəsi ilə bağlı təkliflər hazırlamaq və ictimai müzakirəsini təşkil etmək.

10 orta məktəbdə uşaqların iştirakı ilə uşaq hüquqları və uzaqların zorakılıqdan qorunması ilə bağlı seminarlar keçiriləcəkdir. Seminarlarda uşaq hüquqları ilə bağlı beynəlxlaq və milli sənədlər, uşaq hüquqlarının pozulması formaları, onların müdafiəsi, uşaqlara qarşı zorakılıq, uşaqların müraciət etmə mexanizmi və digər mövzular müzakirə ediləcəkdir. Seminarların keçirildiyi 10 orta məktəblərin uşaq birlikərinin rəhbərlərinin və psixoloqlarının iştirakı ilə 20 nəfər üçün təlim keçiriləcəkdir. Təlim 3 gün davam edəcəkdir. Təlimdə uşaq hüquqları ilə bağlı milli və beynalxalq qanunvericilik, uşaqların hüquqlarının qorunması yolları, uşaqların zorakılıqdan müdafiəsi, zorakılığa məruz qalan uşaqların sosial reabilitasiyası və onların valideynləri ilə iş məsələləri geniş müzakirə ediləcəkdir. Təlimdə Uşaq Birliklərinin Strateji İnkişaf Planı Sənədi müzakirə olunacaqdır. Eyni zamanda Psixoloji Xidmət haqqında Qanunda nəzərdə tutulmalı məsələlər və hazırlanmış təkliflər müzakirə ediləcəkdir.

Layihə psixoloqunun və məktəb psixoloqlarının iştirakı ilə məktəblərdə uşaqlar üçün psixoloji qəbul günləri təşkil ediləcək və uşaqların fərdi qəbulu həyata keçiriləcəkdir. Ehtiyacı olan uşaqlar üçün Fərdi İnkişaf Planı hazırlanacaq və onun icrasında layihə psixoloqu məktəb psixoloqları və uşaq birliklərinin rəhbəri ilə sıx əməkdaşlıq edəcəkdir. Eyni zamanda valideynlərlə iş aparılacaq və uşaqların psixoloji durumunun inkişafında onlarla davamlı əməkdaşlıq ediləcəkdir.


Bizimyol.info


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!