Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 5-05-2016, 11:33
 Avtotəmir sahəsi işlədənlərin nəzərinə - məsuliyyətə cəlb oluna bilərsiniz


Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib.

Bu Əsasnamə Azərbaycan ərazisində nəqliyyat vasitələrinə exniki xidmət göstərilməsi qaydalarını müəyyən edir, nəzərdə tutulan xidmətlərin həyata keçirilməsi zamanı istehlakçılar və icraçılar arasında yaranan münasibətləri tənzimləyir, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələrinin təşkili qaydalarını, təyinatını, strukturunu, vəzifə, funksiya və məsuliyyətini müəyyən edir.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələri) yaradılma məqsədi müəyyənləşdirilib. Avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları (sahələri) avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı, həmçinin ekoloji yararlılığı üzrə kompleks işlərin təminatlı şərtlərlə yerinə yetirilməsi məqsədi ilə yaradılır. Texniki-təmir sahələrində avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə müəyyən növ təminatlı texniki xidmətlər göstərilir. Texniki-təmir sahələrində çalışan şəxslər həmin sahələr tərəfindən Nəqliyyat Nazirliyinin təsdiq etdiyi metodiki göstərişlərlə tanış edilməlidir. Texniki-təmir sahələrinin istehsalat-texniki bazası, texnoloji təchizatı və istehsalat sahələrində texnoloji prosesin təşkili Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi sahə standartlarının tələblərinə uyğun olmalıdır. Texniki-təmir sahələri tərəfindən “Avtomobil nəqliyyatı haqqında” qanunun, habelə bu sahədə müəyyən olunmuş sahə standartlarının tələblərinin pozulmasına görə şəxslər İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləyə uyğun olaraq məsuliyyət daşıyırlar.


Faktxeber.com


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!