Türk Dünyası Mediatorlar Birliyi təsis edildi .....                        Ersin Tatar Qəbələ zirvəsindən danışdı .....                        Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür .....                        Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş .....                        Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib .....                        Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı .....                        İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI .....                        Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı .....                        Tramp Çikaqonu “işğal edəcək”? .....                       
Tarix : 13-05-2016, 12:22
Dənizkənarı Bulvar İdarəsində yenilik




Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yeni loqosu təqdim edilib.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, loqo özündə Bakının dənizkənarı, tarixi və gözəlliyi ilə məşhur olan Bakı buxtası və ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını özündə birləşdirir.

100 ildən artıq yaşı olan Bakı bulvarı bu gün dünyanın ən böyük və gözəl dənizkənarı parkları sırasındadır. Bir vaxtlar “Mirvari” kafesi, “Venesiya” şəhərciyi, “Saat Qülləsi” ilə tanınan Bakı bulvarı bu gün həm də dəniz sahilində inşa olunan“Dövlət Bayrağı Meydanı”, “Bakı Kristal Zalı”, “Xalça Muzeyi”, “Beynəlxalq Muğam Mərkəzi” və s. ilə tanınır.

Müstəqil Azərbaycan bu gün tarixi keçmişi, müasir inkişafı, qüdrəti ilə dünyada tanınır. Azərbaycan vətəndaşların qürur yerinə, milyonlarla insanların və turistlərin sevimli məkanına çevrilmişdir. Bakı Bulvarının ən yüksək nöqtəsində- Dövlət Bayrağı Meydanında müstəqilliyin rəmzi olan üçrəngli bayrağımız dalğalanır.

Dənizkənarı Bulvar İdarəsinin loqosu özündə Azərbaycan bayrağı, Xəzər dənizi, sahilyanı bulvar və Bakı buxtasını birləşdirməklə Azərbaycanın tarixini, qədimliyi həm də müasirliyi və bugünkü qüdrətini özündə əks etdirir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 15 yanvar 2016-cı il tarixli fərmanına əsasən, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, qeyd olunan idarələrin əsasında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.

Dənizkənarı Bulvar İdarəsinin yeni loqosu təqdim olunmaqla, həm də bu vaxtadək mövcud loqosu qüvvədən düşmüş hesab edilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!