Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz! .....                        “Qarabağ” “Sumqayıt”a uduzdu .....                        Ağdərədə yanğın söndürüldü - VİDEO .....                        Şahin Mustafayev Rusiyada nələrdən danışdı? .....                        Güləşçimiz erməni rəqibini məğlub etdi: dünya çempionu oldu .....                        Füzuli və Arxadağ qardaşlaşdı .....                        Xarici agent elan edilən Markovdan AÇIQLAMA .....                        Liderlərin birgə bəyanatı - TAM MƏTN .....                        Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ .....                       
Tarix : 17-05-2016, 17:18
TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı



2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün 15 may tarixində keçirilmiş test imtahanının nəticələrini açıqlanıb.

Butov.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK‑nın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 14497 abituriyentdən 880 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 13589 abituriyentdən 28 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.


Ən yüksək nəticə göstərən abituriyent III ixtisas qrupu üzrə 675 bal toplayıb.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 15-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 27 binada aparılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!