Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 17-05-2016, 17:59
Amnistiya aktına kimlər düşəcək?



Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.

Butov.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az saytına birinci xanımın təşəbbüsünü yüksək qiymətləndirdiyini deyib:
“Çoxdan gözlənilən addım idi ki, bunu da Mehriban xanım atdı. Buna görə də çox sağ olsun”.

Deputat deyib ki, amnistiyanın 10 min məhkumu əhatə etməsi gözlənilir:

“Ən azı 3500 məhkum cəzaçəkmə müəssisəsindən azad ediləcək. Digərləri də müəyyən cəzalar almışlar olacaq. Ümumilikdə 10 min məhkum çox böyük rəqəmdir. Hesab edirəm ki, bu, yüz minlərlə insanın sevinci deməkdir. Çünki, hər bir məhkumun arxasında yüzlərlə qohumu, qardaşı, dostu-tanışı var. Hesab edirəm ki, bu humanist addım alqışlanmalıdır”.

Ç.Qənizadə konkret olaraq kimlərin azadlığa çıxacağı məsələsinə belə aydınlıq gətirib:


“Aministiya qanundur. Bu qnunun tələblərinə kimlər düşəcəksə, onlar da azad olunacaq. Hesab edirəm ki, 10 min məhkumun içərisində kimisə axtarmaq əbəsdir.

Onlar Azərbaycan vətəndaşları olacaq, bir hissəsi də xarici ölkənin vətəndaşları”.

Ç.Qənizadə bir müddət əvvəl bildirmişdi ki, hazırda Azərbaycanda bütün cəzaçəkmə və istintaq təcridxanalarında ümumi məhkumların sayı 24 minə qədərdir və bu, Azərbaycanda indiyə qədər ən yüksək rəqəmdir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!