İlham Əliyev Paşinyanla da bir araya gəlib .....                        Qrenlandiya danışıqlara hazırdır .....                        İspaniya deputatları Bakıya gəldilər .....                        Kamran Əsədovun qaynı ona təzyiq edirmiş .....                        Cənubi Qafqaz Rusiyadan uzaqlaşır .....                        Rus diplomat bu ölkədən qovuldu .....                        Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək .....                        Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi .....                        Prezidentin ailəsi Trampla birgə - FOTO .....                       
Tarix : 30-09-2015, 08:35
Beş ilin “Ən fəal deputatları” - SİYAHI


Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri arasında dördüncü çağırış Milli Məclisin deputatlarının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilib.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, sorğu nəticəsində ötən 5 ilin ən fəal deputatları müəyyənləşdirilib.

Jurnalistlərin 4 nominasiya (“Plenar iclaslarda ən fəal deputat”, “Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”, “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat”, “Azərbaycanı beynəlxalq təşkilatlarda ən fəal təmsil edən deputat”) üzrə keçirdikləri sorğunun nəticələri açıqlanıb.

Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan bildirib ki, sorğuda Milli Məclisdə akreditasiya olunan 50 jurnalist iştirak edib:

“Biz ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirmişik. İndi isə dördüncü çağırış Milli Məclisin fəaliyyəti sona çatmaq üzrədir və bu ilin noyabrında növbəti parlament seçkiləri keçiriləcək. Ona görə də qərara gəldik ki, ötən 5 ilin ən fəall deputatlarını cəmiyyətə təqdim edək.
Əslində, bu, həm də deputatlarımızın bir daha cəmiyyətə tanıdılması, yaxşı mənada deputatlar arasında rəqabət mühitinin yaradılması və jurnalistlələ deputatlar arasında sıx əməkdaşlığa xidmət edən bir layihədir”.

Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 3 nominasiyada, “Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”, “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat”, “Azərbaycanı beynəlxalq təşkilatlarda ən fəal təmsil edən deputat” nominasiyaları üzrə qalib olub.

Digər deputatlar bir nominasıya üzrə “5 ilin ən fəal deputatı” adını qazanıblar.

Beş il ərzində “Plenar iclaslarda ən fəal deputat” nominasiyasının qalibləri Siyavuş Novruzov, Fazil Mustafa, Məlahət İbrahimqızı, İqbal Ağazadə, Zahid Oruc və Sabir Rüstəmxanlı olub.

Bu nominasiyanın qalibləri dördüncü çağırış Milli Məclis dövründə plenar iclaslarda gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”nominasiyasının qalibləri Qənirə Paşayeva, Vahid Əhmədov və Elmira Axundova olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 5 ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardmçı olduqlarına görə müəyyən ediliblər.

“Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri Musa Quliyev və Əli Hüseynli olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 5 ildəki fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərinə görə müəyyən edilib.

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri isə Bahar Muradova, Fuad Muradov, Azay Quliyev və Rövşən Rzayevdir. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 5 ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.

Sorğunun nəticələrindən göründüyü kimi Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 3 nominasiya, “Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”, “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat”, “Azərbaycanı beynəlxalq təşkilatlarda ən fəal təmsil edən deputat” nominasiyaları üzrə qalıb olub.

Aqil Aslan bildirib ki, Mehriban Əliyeva yeganə deputatdır ki, 3 nominasiya üzrə jurnalistlərin səsini qazanıb:

“Parlament jurnalistlərinin böyük əksəriyyətinin qənaətincə Mehriban xanım nəinki təmsil etdiyi seçki dairəsində, Heydər Əliyev Fondunun rəhbəri kimi bütün dairələr üzrə seçicilərin problemlərinin həllinə kömək edir.
Həmçinin 2013-cü il mayın 7-də Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə “Amnistiya haqqında” qanun layihəsi qəbul olunub və bu amnistiya aktı 9 min nəfərə şamil olunub.
Birinci xanım ölkəmizi beynəlxalq tədbirlərdə də fəal təmsil edib ki, parlament jurnalistləri bunu da yüksək qiymətləndiriblər”.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!