Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
Tarix : 23-09-2015, 12:00
Azərbaycanlı deputat “Hippokrat ordeni” ilə təltif edildi


Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Musa Quliyev bu günlərdə Beynəlxalq Mükafat Birliyinin İctimai Təltif Şurası tərəfindən 1-ci dərəcəli “Hippokrat ordeni” ilə təltif olunub.

Butov.az Modern.az saytına istinadən xəbər verir ki, deputat bu beynəlxalq mükafatla sosial müdafiə və səhiyyə qanunvericiliyi sahəsində dünya standartları səviyyəsində təkmil olan qanunların və digər qanunverici sənədlərin hazırlanması və qəbulu sahəsindəki fəaliyyətinə, eləcə də beynəlxalq əməkdaşlığa verdiyi töfhələrə görə təltif edilib.

Musa Quliyevin hazırladığı və onun təqdimatı ilə qəbul olunmuş iki qanun (“Körpələrin və azyaşlı uşaqların qidalanması haqqında” (2001) və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” (2014) qanunlar) BMT-nin Uşaq Fondu (UNİSEF) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən üzv ölkələr üçün model qanun kimi tövsiyyə olunub.

Qeyd edək ki, Musa Quliyev tibb elmi və səhiyyənin müxtəlif sahələrində dünya insanlığı üçün xüsusi xidmətləri olan görkəmli şəxslərin təltif olunduğu bu ali mükafata layiq görülən ilk azərbaycanlı millət vəkilidir.

Baş Ofisi Cenevrə şəhərində yerləşən Beynəlxalq Mükafat Birliyinin Ordeni həmyerlimizə təşkilatın Moskva Bürosu tərəfindən təqdim edilib.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!