Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 19-05-2016, 15:56
Tofiq Yaqublu sərhəddə saxlanıldı



Sabiq məhbus, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunu Azərbaycan-Gürcüstan sərhədində saxlayıblar.

Butov.az xəbər verir ki, bu haqda musavat.com-a T.Yaqublunun qızı Nigar Yaqublu deyib. Onun sözlərinə görə, gömrük xidməti əməkdaşları ona ölkədən çıxışına “stop” qoyulduğunu bildiriblər: “Halbuki Bakıda bizə deməmişdilər ki, üzərində “stop” var. Bilmirəm ki, bunu hansı qurum edib. Həbsdən əfvlə azad olunduğu üçün bu qadağa da avtomatik aradan götürülməli idi. Ailəlikcə Gürcüstana, doğma kəndimizə gedirdik. İndi bizi buraxırlar, atamı yox”.

N.Yaqublu deyib ki, atası vəkili Nemət Kərimli ilə əlaqə saxlayıb bu məsələni dəqiqləşdirməyə çalışır. O özü isə öz növbəsində Ombudsman aparatı, eləcə də müvafiq qurumlarla əlaqə saxlayır: “Bilmək lazımdır ki, konkret hansı qurum “stop” qoyub. Məsələni dəqiqləşdirənə qədər burada olacağıq”.

Virtualaz.org xatırladır ki, T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 5 il azadlıqdan məhrum edilmişdi.

Bu ilin mart ayında isə o, prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!