Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək .....                        KTMT qatardır, qabağında Rusiyadır - Elmar Məmmədyarovdan Ermənistanla bağlı ŞOK AÇIQLAMA .....                        "Nizami"nin divarlarını yazanlar məlum oldu .....                        Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                       
Tarix : 10-06-2016, 12:07
Polisdən narkotik əməliyyatı: 5 nəfər həbs edildi


Abşeron rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, Zəngilan rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Şalıyev 500 qram tiryəki Abşeron rayonu ərazisində 2000 manata satarkən tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun narkotik vasitəni Masallı rayon sakini, əvvəllər məhkum olunmuş F.Həbibovdan alması müəyyən edilib.

Bundan başqa, Göyçay rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəyirli kənd sakini Qüdrət Həmidovun evinə baxış zamanı 1 kiloqram 374 qram marixuana aşkar edilərək götürülüb.

Daha bir əməliyyatı Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakini Nizam Mahmudova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Onun yanvarın 25-də törədilmiş quldurluq cinayətinin iştirakçısı olması da müəyyən edilib.

Bundan başqa, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şiləvar kəndinin meşə zolağında rayon sakini Anar Məmmədov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 268 ədəd çətənə kolu aşkar edilərək götürülüb və o, tutulub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!