Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        Ermənistan Solovyova görə Rusiyaya nota verdi .....                        Xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqləndi .....                        İrandakı bu etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK .....                        Yeni gömrük yığımları tətbiq ediləcək .....                        Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI .....                        Kuba lideri Trampa cavab verdi .....                       
Tarix : 29-06-2016, 09:57
Şahdağ Milli Parkının əməkdaşı qanun pozucuları tərəfindən döyülüb


Şahdağ Milli Parkının əməkdaşı parkın ərazisinə qanunsuz daxil olan 4 şəxs tərəfindən fiziki təzyiqlərə məruz qalıb.

Butov.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəxsiyyətləri məlum olmayan 4 nəfər iyunun 26-da 90-VN-103 dövlət nömrə nişanlı, VAZ markalı avtomaşınla milli parkın ərazisinə qanunsuz daxil olaraq meşə ərazisində tonqal qalamağa cəhd göstərib.

Şahdağ Milli Parkının Şamaxı bölməsinin meşəlik ərazisinə cavabdeh olan Fərhad Cəlilov onlara meşədə tonqal qalamağın qanuna zidd və təhlükəli olduğunu, milli parka qanunsuz daxil olduqlarını izah edib və meşə sahəsini tərk etmələri barədə xəbərdarlıq bildirib. Lakin qanun pozucuları milli parkın əməkdaşının qanuni tələblərinə məhəl qoymayıb, əksinə onu təhqir edib və fiziki təzyiq göstərməklə baş nahiyəsinə xəsarətlər yetirərək hadisə yerindən qaçıblar. Müvafiq həkim yardımı alınması və ekspert qiymətləndirilməsi məqsədilə F. Cəlilov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə və aidiyyəti üzrə polis orqanına məlumat verilib. Hazırda təqsirkarların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən qanunamüvafiq tədbirlər görülür.

Naziriliyin məlumatında qeyd olunur ki, təbiət mühafizəçilərinə qarşı bu cür insidentlər dəfələrlə müşahidə olunub, təbiətə qanunsuz müdaxilələrin qarşısı ETSN əməkdaşlarının həyatı bahasına alınıb, xeyli sayda təbiət mühafizəçisi fiziki təzyiqlərə məruz qalaraq yaşıllıqların, ətraf mühitin qorunmasında fədakarlıq göstərib.

"Nazirlik təəssüflə bildirir ki, bəzi vətəndaşların təbiətdəki bu cür ehtiyatsız və məsuliyyətsiz davranışları meşələrin və yaşıllıq sahələrinin yanaraq məhv olmasına gətirib çıxarmaqla yanaşı Nazirlik əməkdaşlarının həyatına da təhlükə yaradır. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətə, təbiət mühafizəçilərinə qarşı belə məsuliyyətsiz hərəkətləri qınayır və bu cür halların baş verməməsi üçün qanunlara riayət olunmasını, təbiətə qarşı daha qayğılı yanaşmağı tövsiyə edir, əhalini təbiətə ziyan vurmaqla müşayiət olunan istirahətdən imtina etməyə, təbiətə qarşı yönəlmiş qanunsuz hərəkət və fəaliyyətlərdən çəkinməyə çağırır", - deyə məlumatda bildirilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!