Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 12-10-2016, 11:30
Azərbaycana gələn turistlərin sayı artıb


Azərbaycana bu ilin doqquz ayında gələn turistlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz artıb.

Butov.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsmayıllıda “Azərbaycanın şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusuna həsr olunan müşavirədə çıxış edərkən deyib.

Ə.Qarayev turizm sahəsində aparılan islahatların artıq intensiv xarakter aldığını nildirib. O qeyd edib ki, turizmin inkişafı tədbirlərinin ölkə üzrə balanslaşdırılmış şəkildə həyata keçirilməsi, bütün potensialın turizm proseslərinə cəlb olunması regionların sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə Azərbaycanın bir məkan kimi daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır.

Nazir bildirib ki, şimal-qərb regionu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının, eləcə də Şamaxı, Ağsu və İsmayıllı rayonları) müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir.

Burada ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və sair turizm növləri üçün geniş potensial var. Şimal-qərb bölgəsi üzrə “Şərab yolu”, “Böyük İpək yolu”, “Aleksandr Düma Qafqazda”, “Polyak izləri” beynəlxalq turizm marşrutları, eləcə də İsmayıllı-Basqal-Lahıc istiqaməti üzrə “Qırxotaq Əfsanələri” və “Fit qalası”, Qəbələ-Şəki-Qax istiqaməti üzrə “Qədim Qafqaz Albaniyasının tarixi izləri”, Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə isə “Azərbaycanda Arxeolojı Turizm” mədəni turizm marşrutları yaradılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!