Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 2-11-2016, 09:03
Bakıda 150 min sakin təhlükə ilə üz-üzə


Bakıda 150 mindən çox əhalinin məskunlaşdığı ərazidə böyük sürüşmə sahələri var.

Butov.az xəbər verir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, Bakıda bəzi ərazilərdə hazırda sürüşmə qeydə alınmasa da, sürüşməyə meyilli sahələr hesab edilir: “Əhmədli şosesində, Zığ şosesində, Binəqədidə, Bayılda, Badamdarda, Masazır gölünün ətrafında ümumilikdə Bakıda təxminən 20 yerdə böyük sürüşmə sahəsi var ki, orada 150 mindən çox əhali yaşayır. Bu ərazilərdəki sürüşmələrin qarşısı vaxtında alınmalıdır”.

N.Paşayev əlavə edib ki, Bakıda sürüşmə qeydə alınmayan, amma sürüşməyə meyilli sahələr 10-15 dərəcə maili olan dənizkənarı dik ərazilərdir: “Dənizdən 100 metr yüksək olan ərazilərin hamısında böyük villalar tikilib. Heç nəzərə alınmayıb ki, bu ərazilər gilli süxurlardan ibarətdir və sürüşməyə meyillidir. Buzovnanın, Bilgəhin dənizkənarı əraziləri 10-15 dərəcə maili ərazilərdir və sürüşməyə meyillidir. Həmin yerlərdə evlər tikilib. Qaraçuxurda villaların tikildiyi ərazilər də birbaşa sürüşməyə meyillidir. Qaraçuxurun yaşayış olan bu hissəsində böyük çatlar var, onlar getdikcə genişlənir. Onların hamısı sürüşməyə məruz qalacaq. Bayıl yamacında da binaların sayını bir qədər azaltdılar, amma orada da proses müşahidə edilir. Bayıl yamacında, Əhmədli massivində, Qaraçuxurda əhalinin sayını bir qədər azaltmaq lazımdır. Kanalizasiya suları da mütləq idarə olunmalıdır”.

N.Paşayev qeyd edib ki, sürüşmə Abşeron üçün daha böyük problemdir: “Hər dəfə sürüşmə olanda müəyyən tədbirlər görülür. Amma müəyyən müddət ötdükdən sonra onlar davam etdirilmir”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!