Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
Tarix : 7-11-2016, 18:45
Mingəçevir şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Butov.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin Yaşar Muradov küçəsindəki 27 nömrəli mənzildə qeydə alınıb. Ev sahibi 1974-cü il təvəllüdlü Rüstəmov Tapdıq Səxavət oğlu mağazadan aldığı kolbasanı ailə üzvləri ilə birgə yedikdən sonra qəflətən onların səhhətində problem yaranıb. Kolbasadan zəhərlənən Tapdıq Rüstəmov, həyat yoldaşı 1979-cu il təvəllüdlü Şərifova Könül Tahir qızı, övladları, 2008-ci il təvəllüdlü Rüstəmzadə Əli Tapdıq oğlu və 2010-cu il təvəllüdlü Rüstəmzadə Sima Tapdıq qızı kəskin mədə ağrıları, qızdırma və qusma əlamətləri ilə təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ana və atanın vəziyyəti nisbətən yaxşılaşsa da, övladlarının durumu hələ də ağır olaraq qalır. Uşaqlar hazırda xəstəxananın reanimasiya şöbəsində həkim nəzarətindədirlər.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azərbaycanda ailə kolbasadan zəhərləndi
Azərbaycanda ailə kolbasadan zəhərləndi


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!