Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
Tarix : 21-11-2016, 18:37
Prokurorluq əməkdaşları beynəlxalq tədbirdə iştirak etdi

Noyabrın 17-18-də Fransanın Strasburq şəhərində Avropa Şurası nəzdində fəaliyyət göstərən Avropa Prokurorlarının Məşvərətçi Şurasının 11-ci plenar iclası keçirilib.

Butov.az xəbər verir ki, Baş prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iclasda 2015-ci ilin noyabr ayından ötən bir il ərzində müxtəlif beynəlxalq tədbirlərdə qurumun fəaliyyətinin işıqlandırılmasına nəzər yetirilib.

2006-cı ildən bugünədək Məşvərət Şurasının qəbul etdiyi 10 rəyin Avropa Şurasına üzv dövlətlərin rəsmi dillərinə tərcümə edilməsi məsələsi müzakirə edilib. Plenar iclasda şuranın sayca 11-ci rəyi müzakirə olunaraq bəzi müddəalar üzrə ölkəmizin müsbət təcrübəsi nəzərə alınmaqla qəbul edilib.

“Xüsusilə terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə çağırışlarında prokurorların işinin keyfiyyəti və səmərəliliyi” adlanan sənəddə prokurorların ümumi fəaliyyəti, hüquqi çərçivə və milli təcrübə, insan qaynaqlarının idarəolunması, o cümlədən prokurorların işə qəbulu, vəzifədə irəli çəkilmə və ixtisasartırma məsələləri, prokurorluq orqanlarında işin təşkili, vəzifə bölgüsü, prokurorların fəaliyyətinin qiymətləndirilməsi, etik qaydalar, obyektivlik və qərəzsizlik, məlumat mübadiləsi və əməkdaşlıq, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə prokurorların fəaliyyətinin keyfiyyəti və səmərəliliyi və sair məsələlər öz əksini tapıb.

Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi, ölkəmizin Məşvərətçi Şuradakı nümayəndəsi Erkin Əlixanov sənədin müzakirəsi zamanı Azərbaycanın prokurorluq orqanlarında aparılmış geniş institusional islahatlar, o cümlədən beynəlxalq əməkdaşlıq, kadr siyasəti, qəbul edilmiş normativ hüquqi aktlar, Baş Prokurorluq üzrə müxtəlif sahəvi əmrlər, prokurorluq işçilərinin etik davranış kodeksi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Şuranın prezidenti Sedrik de Bokarmenin səlahiyyət müddəti bitdiyindən Piter MakKormik (İrlandiya) növbəti 1 il müddətinə Məşvərətçi Şuranın prezidenti, Xose Manuel Santos Pais (Portuqaliya) isə vitse-prezidenti seçilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!