Elçin Ağamalıdan partiyadan çıxarılmasına reaksiya .....                        Paşinyandan Əliyevə qəribə sual: “...istəyirsiz məni öldürsünlər?” .....                        Sahibə Qafarova COP30-da çıxış etdi .....                        Netanyahu barədə həbs qərarı verildi .....                        13 ölkənin NATO nümayəndəsi Ceyhun Bayramovla görüşdü .....                        Prodüser Təranənin cəzası azaldıldı .....                        Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi .....                        Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO .....                        Çexiya hökuməti istefa verdi .....                       
Tarix : 23-11-2016, 11:51
Azərbaycanda 9 ayda 2441 nəfər həbs olunub

Bu ilin 9 ayı ərzində Azərbaycanda bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılıb.

Butov.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun “Azərbaycan ədliyyəsi müstəqilliyimizlə birgə inkişaf edir” adlı məqaləsində deyilir.

Qeyd olunub ki, 9 ayda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 39 mindən çox bələdiyyə aktı yoxlanılıb, qanunsuz qərarların ləğvinə nail olunub, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 41 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılıb.

Məqalədə deyilir ki, cari ilin 9 ayında Azərbaycanda icra sənədlərini qərəzli icra etməyən 3702 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Bildirilib ki, təkcə cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 60 faizdən çox artıb, onlardan 230 mindən çoxunun icrası təmin edilib. İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 3702 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2441 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 260 şəxs barəsində cinayət işi başlanılıb.

Həmçinin, 5694 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərin üzərindən əvvəllər qoyulmuş belə məhdudiyyət götürülüb.

Ədliyyə Nazirliyinin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 428 cinayət işinin istintaqı tamamlanıb, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!