Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                        İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda .....                        Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi .....                        Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi .....                        Qarabağın azad edilməsi Türk dünyası üçün də böyük qürur mənbəyidir - Ərdoğan .....                        Bu gün burada böyük vətənpərvərlik eşqi ilə güclü Azərbaycan xalqını görürəm .....                        İndi təcridxanada Azərbaycan çayı içirlər - İlham Əliyev .....                        Zəfərimiz mübarək olsun - Ərdoğan .....                       
Tarix : 25-11-2016, 11:31
Daha bir avtobus sürücüsü işdən çıxarıldı

Bakı Nəqliyyat Agentliyinin gündəlik fəaliyyətində önəm verdiyi əsas məsələlərdən biri də sərnişin avtobuslarında gediş haqqının süni şəkildə artırılması hallarını aşkarlamaq və bu kimi hərəkətlərə yol verən şəxslərə qarşı qanuna müvafiq tədbirlərin görülməsini təmin etməkdir.

Butov.az xəbər verir ki, BNA-dan AzVision.az-a verilən məlumata görə, son 9 ayda ictimai nəqliyyat sektorunda görülmüş kompleks işlərin nəticəsidir ki, bu kimi halların baş vermə statistikasında azalma müşahidə edilir:

`Lakin təəssüflər olsun ki, az da olsa bəzi məqamlarda sərnişinlər bu kimi hallarla rastlaşırlar. Belə ki, vətəndaş Məhərrəmov Bəhram Abbasəli oğlu 117 nömrəli marşrut avtobuslarında süni olaraq gediş haqlarının artırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edib. Vətəndaşın şikayəti əsasında BNA-nın mütəxəssisləri tərəfindən, müntəzəm sərnişindaşıma xidməti göstərən 117 nömrəli marşrut avtobuslarına baxış keçirilib və salonda daşıma haqqını əks etdirən marşrut lövhələri aşkarlanmayıb`.

Qeyd olunub ki, 117 nömrəli marşrutun müvəqqəti istismarçısı Agentliyə dəvət olunaraq izahatı alınıb və məsələ ilə bağlı tədbir görülməsinə dair daşıyıcıya ciddi tapşırıq verilib.

Görülən tədbirlər nəticəsində 117 nömrəli marşrutda fəaliyyət göstərən 90 BK 869 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü daşıyıcı şirkət rəhbərliyinin əmri ilə işdən azad edilib. Eyni zamanda gediş haqqı tarifini göstərən məlumat lövhələrinin 117 nömrəli marşrut avtobuslarının salonlarında yerləşdirilməsi təmin edilib.

Qeyd edilən faktın mövcudluğu bir daha ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinin zəruri olduğunu göstərir. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi bir daha bütün daşıyıcı şirkətlərdən tez bir zamanda nağdsız ödəniş sisteminə keçmələrini tələb edir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!