Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                        Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev .....                        Moskvaya PUA hücumu .....                        Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub .....                        Polşa nüvə silahı əldə etmək istəyir .....                        Sumqayıtda kişi dəm qazından öldü .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
Tarix : 14-09-2015, 13:46
Yeni marşrut avtobusları xəttə buraxılıb


Butov.az AzərTac istinadən xəbər verir ki, Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının tədbirlər planına əsasən, sentyabrın 15-dən etibarən rayonlardan gələn minik və yük avtomobillərinin Bakı şəhərinə girişinə məhdudiyyətlər qoyulması ilə əlaqədar şimal və cənub istiqamətində rayonlardan paytaxta gələn rayon avtomobilləri üçün müvəqqəti duracaq yerləri ayrılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu məsələ ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi vətəndaşların rahatlığını təmin etmək məqsədilə operativ tədbirlər planı həyata keçirib. Belə ki, avtomobilini duracaq yerində park edən sürücü və vətəndaşlar Nəqliyyat Nazirliyi tərəfindən ayrılan xüsusi marşrut avtobusları ilə rahat şəkildə vaxt itirmədən şəhər mərkəzinə gələ biləcəklər. Şimal istiqamətindəki duracaqdan – yəni Qafqaz universitetinin yaxınlığından 20 Yanvar metrostansiyasına kimi 203 nömrəli marşrut avtobusu xəttə buraxılıb. Eyni zamanda 135 və 199 nömrəli marşrut avtobusları da Qafqaz universitetinin yaxınlığından keçdikləri üçün vətəndaşlar 135 nömrəli avtobusla Memar Əcəmi metro stansiyasına və 199 nömrəli avtobusla Xətai prospektinə gedə bilərlər.

Cənub istiqamətində yerləşən duracaq yerindən vətəndaşların şəhərə gəlməsi üçün isə 206 nömrəli marşrut avtobusu ayrılıb. 206 nömrəli avtobus Salyan şosesində yerləşən duracaq yerindən Lökbatan dairəsi–Dairəvi Yol-Elmlər Akademiyası metrostansiyasını keçməklə hərəkət edir. Həmçinin, bu istiqamətdə 195 və 197 nömrəli marşrut avtobusları da fəaliyyət göstərir ki, vətəndaşlar 20-ci sahə adlanan əraziyə kimi bu avtobuslardan istifadə edə bilərlər. Adı qeyd olunan marşrut avtobusları sentyabr 14-dən vətəndaşlara xidmət göstərməyə başlayıb.

Yeni inşa edilən dayanacaqlardan Bakı şəhərinin daxilinə çatdırması üçün müvafiq avtobus marşrutlarının hərəkət sxemləri və qrafikləri hazırlanıb. Dayanacaqlar istifadəyə verildikdən sonra qeyd edilən avtobus marşrutları istismara veriləcək. Dayanacaqlardan sərnişinlərin daşınması üçün yeni 203 (5 avtobus) və 206 (5 avtobus) nömrəli avtobus marşrutlarının sxemi təsdiq edilib. Yeni marşrutlarda avtobusların 16-18 dəqiqə intervalla, saat 06:00-dan 22:00-dək hərəkəti nəzərdə tutulub.




Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!