Təbrik edirik! .....                        Şiviloğulları ocağının yurd həsrətli .....                        Özbəkistandan gətirilən arı ailələri təhlükəlidir - XƏBƏRDARLIQ .....                        Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır .....                        Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında - FOTO .....                        Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək .....                        Qətər İrandan kompensasiya tələb etdi .....                        Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon .....                        “Azərbaycan Nəşriyyatı”nda işlər başlayır .....                       
Tarix : 23-12-2016, 12:25
Bakıda yeni metro stansiyalarının inşası üçün hazırlıqlara başlanılıb

Bakı şəhərinin Nobel prospekti boyunca yeni üç metro stansiyasının inşası nəzərdə tutulub. Metro stansiyalarının biri "Ağ Şəhər", digəri neftayırma zavodunun qarşısında olacaq. Sonda bu xətt "Həzi Aslanov" stansiyasına ("Həzi Aslanov-2") birləşdiriləcək.
Butov.az-ın "Report"a istinadən xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
"Bakı metrosunun dairəvi olması nəzərdə tutulan "Yaşıl xətt"in davamı olaraq gələcəkdə "Xətai" metro stansiyasından "Həzi Aslanov" metro stansiyasına qədər yeni xətt çəkiləcək. Nobel prospekti boyunca yeni üç xəttin çəkilməsi nəzərdə tutulub. Onlardan biri "Ağ Şəhər", digəri neftayırma zavodunun qarşısında olacaq. Şərti adı "E-15" qeyd edilən ikinci stansiyada artıq hazırlıq işlərinə başlanılıb. Orada tunelqazma işlərinin həyata keçirilməsi üçün start kameranın tikintisi başa çatır, tunelqazma maşının quraşdırılması yekunlaşmaq üzrədir. İşlər qaydasında gedərsə, "E15" stansiyasının qarşısından "Xətai" metro stansiyasına doğru tunellərin qazılmasına başlayacağıq. Daha sonra, "E 15"-dən tikilməkdə olan "Həzi Aslanov-2" stansiyasına doğru tunellərin qazıntısına başlanacaq. Gələcəkdə "Xətai"dən "Həzi Aslanov"a doğru 3 metro stansiyası olacaq".
"Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemində "Yaşıl xətt"in dairəvi olması nəzərdə tutulub. "Həzi Aslanov-2" stansiyası Günəşli, Qaraçuxur qəsəbələri, eyni zamanda dairəvi şəkildə "Koroğlu" və "Dərnəgül" metro stansiyalarına birləşdiriləcək. Bu, gələcək planlardır. Hazırda, ilkin mərhələdə əsas "Xətai" metro sstansiyasında sağlamlaşdırma işləri icra edib, tunel və stansiyaların tikintisinə başlamaqdır", - deyə N.Paşayev əlavə edib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!