ŞƏRƏFLİ ÖMRÜN AKKORDLARI .....                        Trampdan Nobel mükafatı ilə bağlı açıqlama .....                        Ələtdəki hava limanına yeni rəhbər təyin edildi .....                        “HƏMAS dağıdılmasa, Netanyahu hökumətini devirəcəyik” .....                        Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı .....                        Əminəm ki, Rusiya-Ukrayna müharibəsi də bitəcək .....                        Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ .....                        MDB nazirləri Düşənbədə görüşdülər .....                        Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü .....                       
Tarix : 27-12-2016, 17:51
Bu marşrutun hərəkət istiqaməti dəyişdi

Bakıda marşrutlardan birinin hərəkət istiqamətində dəyişiklik edilib.

Butov.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, qurumun mütəxəssissləri tərəfindən qeyd edilən ərazidə müvafiq araşdırma aparılıb və müəyyən olunub ki, 66 saylı marşrut xətti Qaraçuxur qəsəbəsi istiqamətinə hərəkət edərkən Nazim İsmayılov küçəsi ("Ərəblinka" yaşayış sahəsi), əks istiqamətinə isə Zaur Şərifov küçəsi - Gənclik prospekti ilə hərəkət edir. Həmçinin Nazim İsmayılov küçəsi ilə metronun “Neftçilər” stansiyası istiqamətinə heç bir müntəzəm sərnişindaşıma marşrutu hərəkət etmədiyi üçün bu da sakinlərin haqlı narazılıqlarına səbəb olurdu.

Bakı Nəqliyyat Agentliyinin mütəxəsissləri tərəfindən aparılan təhlilləri nəzərə alaraq, Nazim İsmayılov ("Ərəblinka" yaşayış sahəsi) və Zaur Şərifov küçələrinin sakinlərinin müntəzəm sərnişindaşıma marşrutundan istifadə etmələri üçün 66 saylı marşrutun hərəkət istiqamətində dəyişiklik edilərək sxemdə göstərildiyi qaydada Zaur Şərifov küçəsindən Cəlal Qurbanov küçəsinə dönərək, oradan isə geriyə Zaur Şərifov küçəsi, Nazim İsmayılov küçəsi və Şamil Kamilov küçəsi ilə hərəkət etməsi məqsədəuyğun hesab edilir.

Qeyd edək ki, Gənclik prospekti ilə alternativ olaraq 55 və 81 nömrəli müntəzəm marşrutlar hərəkət etdiyi üçün həmin ərazinin sakinləri qeyd edilən marşrut xətlərindən istifadə edə bilərlər.

Həmçinin yaxın zamanda avtobusların dayanması üçün Cəlal Qurbanov küçəsində dayanacaq məntəqəsinin yaradılaraq 5.12 yol nişanının və digər yol hərəkət nişanlarının quraşdırılması nəzərdə tutulub.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sərnişinlərin nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən məlumatlandırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi bildirir ki, 66 saylı marşrut xətti üzrə avtobuslar 03.01.2017-ci il tarixindən test rejimində yeni sxem üzrə hərəkət edəcək. Test rejimi müddətində sərnişinlərin sözügedən dəyişikliklə bağlı hər hansı bir narazlığı olmayacağı halda, bu hərəkət sxem təsdiq ediləcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!