Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 9-01-2017, 12:23
Bakıda artıq saatlarla tıxacda qalmayacaqsınız

Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək.

BNA-nın ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib.

İlkin olaraq, Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib. Burada məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır.

Butov.az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov AzVision.az-a bildirib ki, yaxın bir ay ərzində Bakıda belə zolaqları görə biləcəyik.

Ekspertin sözlərinə görə, avtobuslar üçün ayrıca zolaqların olacağı küçə və prospektlər eyni istiqamətdə 3 və daha çox hərəkət zolağı olan yollardır: “Bunlar kifayət qədər geniş yollardır. Orada avtobuslar üçün zolağın yaradılması digər zolaqlarda normal hərəkətin qalmasına şərait yaradacaq. Dünyanın bir çox ölkələrində avtobuslar üçün belə yollar var. Burada məqsəd odur ki, tıxac yaransa belə avtobus tıxacda qalmasın. Bu zolaqların təşkil edilməsi ilə avtobusların ayrıca yolu olacaq və başqa nəqliyyat vasitələri yolu tuta bilməyəcək. Həmin zolağa kimsə daxil olsa 40 manat cərimə olunacaq”.

Ə.Hüseynov qeyd edib ki, sovet dövründə Bakı şəhərində avtobuslar üçün ayrıca zolaqlar olub: “Həmin zolaqlar 2007-ci ilə qədər qalıb. Tramvay və trolleybusların ləğvi ilə eyni vaxtda həmin zolaqlar da ləğv olundu. Buna baxmayaraq “Yol hərəkəti haqqında” qanunda da bu barədə qeyd olunub. Ayrıca zolaqların salınması üçün heç bir hüquqi problem yoxdur. Bu məsələ artıq müzakirə olunub və qərar qəbul olunub ki, adıçəkilən küçə və prospektlərdə bu iş həyata keçirilsin. Bu qərarın icrası üçün texniki işlər görülməlidir. Müvafiq nişanlar qoyulmalı və nişanlanma xətləri çəkiləcək. Ümid edirəm ki, yaxın bir ay ərzində bunları görəcəyik”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!