Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə .....                        Fransada gözəllik salonuna qumbara atılıb - Yaralananlar var .....                        Ekrem İmamoğlunun qaynı həbs edilib .....                        Yolumuzu gözləyən var... .....                        Sabiq nazir müavininin meyiti tapıldı .....                        Bakıda şagird reanimasiyaya yerləşdirildi .....                        ABŞ İrana qarşı hərəkətə keçdi .....                        Masallıda ağır qəza - Ölən var .....                        Prezident Saleh Məmmədovu işdən çıxardı - YENİ TƏYİNAT .....                       
Tarix : 15-09-2015, 15:51
Paytaxt nəqliyyatında möhtəşəm YENİLİK — FOTO + VİDEO


Avtomobil yollarında həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə bir müddətdir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir

Butov.az Ölkə.az-a istinadən xəbər verir ki, Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli, 1 nömrəli protokoluna əsasən, küçə və prospektlərdə avtobus dayanacaqlarının önündə, yolun hərəkət hissəsi ilə səki arasında xüsusi nişanlanma xətlərinin çəkilişi davam etdirilir. Sarı rəngli ziq-zaq məlumatverici üfüqi nişanlanma xətləri artıq şəhərin 33 küçə və prospektində çəkilib. İndiyə qədər 170 avtobus dayanacağı bu cür məlumatverici nişanlanma xətti ilə təchiz olunub. Nişanlanma xətlərinin önündə, dayanacağa giriş hissədə asfalt üzərinə ingiliscə “BUS” sözü də yazılır.

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə də Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən işlər davam etdirilir. Zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilir, mövcud və rəngi solmuş zolaqlar isə yenidən rənglənir. Bu çərçivədə Nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında xeyli iş görülüb. Yeni tədris ilinin başlaması ilə əlaqədar, xüsusi olaraq məktəblərin yerləşdiyi 91 küçə və prospektdə aparılan işlər nəticəsində 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Hazırda digər küçə və prospektlərdə bu işlər davam etdirilir.




Butov.az


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!