Ermənistan və Azərbaycan sərhədçiləri dəbilqə və zirehli jiletləri çıxarıb - Paşinyan .....                        35 yaşında çempion oldu .....                        ABŞ-də Azərbaycan pasportu daşıyan erməni tutuldu - Bakıya deportasiya ediləcək .....                        Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi .....                        Ukrayna artıq boş vədlərə inanmır .....                        "Qarabağ" heç-heçə etdi .....                        “Boz qurd”am və belə də öləcəm! - Bağçalı .....                        Oğurladığı mopedi satmaq istədi, polis yaxaladı .....                        Bakıda tarixi abidəyə zərər vuruldu .....                       
Tarix : 8-09-2015, 12:34
Paytaxtda TIXAC probleminin həlli tapıldı - FOTO - VİDEO


Butov.az Azadibform.az saytına istinadən xəbər verir ki, Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində “Azəryolservis” ASC ilə Nəqliyyatı İntelektual İdarəetmə mərkəzi birgə işlərini davam etdirir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, bu çərçivədə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində müəyyən addımlar atılıb.
Babək prospektinin yan yolu ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsinə doğru hərəkətdə olan nəqliyyat vasitələri geri dönmə əməliyyatını yerinə yetirmək üçün yol ötürücüsünün alt hissəsində yerləşən dairədən istifadə etməli olurlar. Nəcəfqulu Rəfiyev küçəsindən və Babək prospektinin digər yan yolu ilə əks istiqamətdən gələn nəqliyyat vasitələrinin də dairədən istifadə etməsini nəzərə alsaq, günün əsasən pik saatlarında dairədə yüklənmə nəticəsində “tıxac” baş verir.
Həmin ərazidə nəqliyyat sıxlığını aradan qaldırmaq və nəqliyyat vasitələrinin rahat, maneəsiz şəkildə geriyə dönmələrini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yeni yol hissəsi salınır. Yaxın günlərdə nəqliyyat vasitlərinin dairəyə daxil olmadan geri dönmələri üçün salınan yol hissəsi sürücülərin ixtiyarına veriləcək. Yeni yol hissəsinin salınması ilə paralel yol ötürücüsünün alt hissəsində abadlaşdırma işləri həyata keçirilir, səkilər və yolun hərəkət hissəsi yeni asflat-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir.
Anoloji işlərin Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də görülməsi nəzərdə tutulub. Hazırda Xətai prospektindən Yusif Səfərov küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri geri dönmə əməliyyatını yerinə yetirmək üçün Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yerləşən yol hissəsindən istifadə etməli olurlar. Bununla həm uzaq məsafə qət edilir, həm də ərazidə sıxlıq yaranır. Məhz bütün bunlar nəzərə alınmaqla Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən geri dönmə üçün qeyd olunan ərazidə yeni yol hissəsinin salınması nəzərdə tutulub.
Bundan əlavə Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yerləşən və nəqliyyat vasitələrinin geri dönməsi üçün nəzərdə tutulan yol hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Genişləndirilmə işi çərçivəsində yol ayrıcının kənarı 1,5 metr enində, 15 metr uzunluğunda söküləcək. Bununla da geri dönmə əməliyyatı yerinə yetirən nəqliyyat vasitələri küçə ilə hərəkətdə olan nəqliyyat vasitələrinə mane olmadan hərəkətlərinə davam edə biləcəklər. Nəticədə bu cür məqsədyönlü addımlar sadalanan ərazilərdə “tıxac”ın azalmasında müsbət təsir etmiş olacaq.






Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!