Putin Trampı məyus edib .....                        Bəşər Əsədin həbsinə order verildi .....                        Britaniya parlamentində etiraz .....                        İranın təxribatçı səfirinin fəaliyyəti başa çatdı .....                        Bakının bu küçələridə hərəkət dayandırılır .....                        14 yaşlı uşağa işgəncə verən xalası SAXLANILDI .....                        Lənkəranın dağ kəndində yanğın .....                        Milli Məclisin komitəsində almanlarla görüş keçirilib .....                        Göygöldə qəza - Ölən var .....                       
Tarix : 18-01-2017, 18:28
Sürücülərin nəzərinə - "Beşmərtəbə"dəki yeni yol zolağı artıq daimi oldu

Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədən Azərbaycan prospekti ilə avtomobillərin hərəkəti üçün yeni yaradılmış zolaq bir neçə gün keçirilən xronometraj nəticəsində daimi istifadəyə verilib.

Butov.az Trend-ə istinadən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, "Beşmərtəbə" dairəsinə Azərbaycan prospekti ilə yaxınlaşarkən sonuncu edilən dəyişiklik qüvvəsində qalıb:

“Həmin ərazidə təhlükəsizliyin təmin edilməsi, eyni zamanda keçmə növbəliyini təmin etmək, həmçinin yol qəzalarının qarşısını almaq və süni sıxlığın aradan qaldırılması üçün "Qoşa Qala" qapısından, Sabir adına bağdan, Daxili İşlər Nazirliyinin inzibati binası yanından və Mərkəzi Univermaq tərəfdən Azərbaycan prospekti ilə yaxınlaşan avtomobil sürücüləri üçün kütləvi hərəkətə yaxınlaşarkən 5 zolaq ayrıldı”.

V.Əsəsdov vurğulayıb ki, əvvəl "Beşmərtəbə" dairəsində nişan qoyulmuşdu, 3 hərəkət zolağı olduğu üçün sıxlıq yaşanırdı:

“İndi nişanlar götürüldü, avtomobil dairəvi hərəkətə daxil olarkən mütləq dairəvi hərəkətdə olan nəqliyyat vasitələrini buraxmalıdır. Burada əsasən günün pik saatlarında süni sıxlıq yaşanırdı. Yəni səhərlər Azərbaycan prospektindən "Beşmərtəbə" dairəsi kimi tanınan əraziyə, günün qaranlıq vaxtlarında isə Nizami metrostansiyası tərəfdən Cəfər Cabbarlı küçəsi ilə gələn avtomobillərin hərəkətində problem yaşanırdı. "Beşmərtəbə" dairəsi kimi tanınan ərazidəki təhlükəsizlik zolağından iki hərəkət zolağı Azərbaycan prospekti ilə hərəkət edən sürücülər üçün ayrıldı və bu ayrılmış zolaq üzrə dairəvi şəkildə istifadə edənlər sərbəst və fasiləsiz hərəkət edə biləcəklər”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!