26 siyasi partiya Nazirliyə hesabat verdi .....                        MİQ imtahanı niyə pullu oldu? - NAZİRLİKDƏN CAVAB .....                        Türkiyə-Ermənistan sərhədində işlər başa çatır - Açılış olacaq .....                        Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi .....                        Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək .....                        Suriyadan 5 Azərbaycan vətəndaşı vətənə gətirildi .....                        Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq .....                        Gecə və növbəli işdə çalışanlar nəzərə alınacaq .....                        Əməkhaqqında tutulmalarla bağlı yeni normalar təsdiqləndi .....                       
Tarix : 1-02-2017, 18:09
Azexport 4,6 milyon dollarlıq sifarişi alıb

Azexport.az portalına 2017-ci ilin yanvar ayı ərzində yerli məhsulların ixracı üçün müxtəlif ölkələrdən 4 milyon 630 min ABŞ dolları dəyərində sifariş daxil olub.

Butov.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AzVision.az-a bildirilib ki, bu təkliflər əsasən Rusiya, Türkiyə, İraq, Bolqarıstan, Liviya, Moldova və digər ölkələrdəndir.

Bolqarıstan 4 min ton qırmızı mərci sifariş edib. Bu sifarişin ümumi dəyəri 4 milyon ABŞ dollarıdır. Bolqarıstandan daha bir sifariş 10 ton fındıq ləpəsinədir. Bu satışdan qazanılacaq məbləğ 80 min ABŞ dollarıdır.

İraq və Liviyadan ümumi həcmi 300 ton miqdarında makaron məmulatlarına sifariş daxil olub. Bu sifarişin məbləği 180 min ABŞ dollarıdır.

Türkiyə, İraq, Liviya, Qana və Nigeriyadan ümumi həcmi 180 ton ixrac üçün toyuq əti sifariş olunub. Bu sifarişin ümumi dəyəri 350 min ABŞ dollarıdır.

Moldovadan 20 min ədəd limonad sifarişi daxil olub ki, bu sifarişin də ümumi dəyəri 20 min ABŞ dollarıdır. Bundan başqa Rusiyadan kosmetik şirkətin, şərab məhsullarının distribüterliyi üçün təklif gəlib. Hazırda istehsalçı şirkətlər qiymət və məhsul nümunələrini qarşı tərəfə göndərib.

Azexport.az vasitəsilə Fransadan nar şirələrinin distribüterliyi üçün sifariş daxil olub. Bunun üçün 10-dan çox nümunə artıq Fransaya göndərilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!