Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 13-02-2017, 20:37
Ötən il 556 nəfər QİÇS-ə yoluxub

Butov.az xəbər verir ki, Səhiyyə Nazirliyindən "Ölkə.Az"-a verilən məlumata görə, onlardan 97,3% Azərbaycan vətəndaşı, 2,7% isə əcnəbidir. Qeydiyyata alınmış 541 Azərbaycan vətəndaşından 64,0% kişi, 36,0% qadındır.

Ümumilikdə 2016-cı ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5376 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,3% kişi, 27,7% qadındır. QİÇS mərhələsində olanlar 1312 nəfər təşkil edir.

Respublika QİÇS-lə mübarizə mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 48,7%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,4%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə, 7,3% -də yoluxma yolu müəyyən edilməyib.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib.

Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 2538 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 640 nəfərə müalicə 2016-cı il ərzində başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını almaq üçün 241 hamilə ART-yə qoşulub.

Bundan başqa, Ailə məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 2016-cı il ərzində 145 388 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 105 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib, onlardan 44 nəfəri yeni aşkar olunan şəxslərdir.

Qeyd edək ki, 2016-cı ilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 mln nəfər təşkil edib ki, onlardan da 2,1 mln nəfəri son 1 ildə yoluxanlardır.

İİV-lə yaşayan insanların 34,9 mln yaşlılar, 1,8 mln 15 yaşından kiçik olan şəxslərdir. Son 1 il ərzində dünyada QİÇS-dən ölənlərin sayı 1,1 mln nəfər olmuşdur ki, onlarında 110 mini uşaqlardır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!